Ötən il Azərbaycanda uşaqlar: Dilənçiliyə cəlb edilənlər, sənədsiz olanlar – RƏQƏMLƏR
2021-ci il üzrə Azərbaycanda uşaq əməyinin istismarına dair və sənədləri olmayan uşaqların statistikası açıqlanıb.
"Azadsəs.az"ın məlumatına əsasən, bu barədə Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatında bildirilir.
Ötən il hüquq-mühafizə orqanlarının keçirdiyi reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 450 uşaq aşkarlanıb.
Qeyd edilən şəxslər də daxil olmaqla övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 75 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb.
Bundan başqa, 2021-ci ildə qeydiyyat şöbələrinin və onları bu işə cəlb etdikləri icra nümayəndəliklərinin birgə fəaliyyəti nəticəsində əvvəlki illərdə doğulmuş, lakin müvafiq sənədləri olmayan uşaqların da sayı göstərilib. Bildirilib ki, onların sayı 972 olub.
Bildirək ki, hesabat Milli Məclisin iclasında müzakirə ediləcək.