Gürcüstanlı müğənni: “Gəncədə raketlə vurulan ərazidə gördüklərimdən dəhşətə gəldim”
“Gəncədə törədilən terror acı hadisədir”.
“Azadsəs.az” xəbər verir ki, bunu Gürcüstan müğənnisi Giorgi Naniaşvili Gəncədə jurnalistlərə açıqlamasında deyib.
O, Azərbaycana səfərindən qürur duyduğunu söyləyib.
“Biz artıq 4 gündür ki, Azərbaycandayıq. Hər bir gürcüstanlı üçün bu ölkəyə gəlmək qürurvericidir. Mən müharibə zamanı Gəncədə terror hadisəsinin törədildiyi yerdə oldum, yaşananlar çox acı haldır. Raketlərin düşdüyü həmin ərazidə gördüklərim dəhşətlidir, mülki əhalinin yaşadığı bir yerə atılan raketlər günahsız insanların ölümünə səbəb olub. Bir daha belə hadisələrin yaşanmamasını, hər zaman sülh və barışın olmasını arzu edirəm. Biz, həmçinin Gəncə Dövlət Dram Teatrında olduq. Möhtəşəm binadır. Azərbaycan və Gürcüstan mədəniyyət nümayəndələri ilə birgə təşkil olunmuş konsert proqramı isə bizim üçün sevindirici və xoş oldu”, - müğənni bildirib.
Qeyd edək ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan nümayəndəliyinin dəstəyi ilə bu ölkənin mədəniyyət xadimləri, ekoloqlar, türkoloqlar və bloggerlərdən ibarət qrup Gəncəyə səfər ediblər.