Mehriban Əliyevadan Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım
- 31-03-2022, 13:25
- Cəmiyyət
![](/uploads/posts/2022-03/medium/1648711222_275874554_509360427448600_1787993454488122286_n.jpg)
Mehriban Əliyeva fikirlərini “Instagram” hesabında bölüşüb:
“Azərbaycan xalqı günahsız soydaşlarımızın qətlə yetirildiyi faciələri heç zaman unutmayacaq! Biz o dəhşətli hadisələr haqqında həqiqətləri təhrif olunma cəhdlərindən hər zaman qoruyacağıq. 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı törədilmiş soyqırımı qurbanlarının nurlu xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.