azadses.az » Cəmiyyət » “Bununla da Əsgəran, Xanabad, Xocalı ovcumuzun içində olacaq”

“Bununla da Əsgəran, Xanabad, Xocalı ovcumuzun içində olacaq”

Fərrux kəndi Qarabağda hərbi-strateji baxımdan ən əhəmiyyətli ərazilərdən biridir. Hələlik rəsmi təsdiqlənməsə də, həmin ərazi Azərbaycan Ordusunun nəzarətindədir.

Bu ərazilərin strateji əhəmiyyəti ilə bağlı “Azadsəs.az”a danışan Qarabağ qazisi Rey Kərimoğlu bildirib ki, əgər Fərrux dağına Azərbaycan Ordusu nəzarət edirsə, bu strateji baxımdan çox əhəmiyyətli bir işdir:

“Bütövlükdə Ağdam rayonunun təhlükəsizliyi baxımından olduqca əhəmiyyətlidir. Eyni zamanda Ağdamın Xaçın çayı yatağı boyunca olan kəndlərində düşmənin heç bir təhlükəsi olmayacaq deməkdir.


Fərrux ərazisi Azərbaycan ordusunun nəzarətindədirsə, deməli, Əsgəran, Xanabad, Xocalı tam bizim ovcumuzun içində olmuş kimi olacaq. Çox ciddi strateji bir məqamdır. Həm də oradan Xankəndini də müşahidə etmək olur.

Digər bir vacib məsələni qeyd edim ki, Fərrux yüksəkliyinə nəzarət ediriksə bu o deməkdir ki, Xankəndi, Ağdərə yolu da bizim nəzarətimizdə olacaq.

Xüsusi bir məlumat verim ki, 1992-ci ilin yanvar ayının 31-də Ağdam Polis Alayının komandiri mərhum Faiq Baxşəliyev və Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Şirin Mirzəyevin rəhbərlik etdiyi Ağdam ərazi özünümüdafiə batalyonu əməliyyata başlayıb. Həmin gün Fərrux kəndi erməni işğalından tam azad edilib. Amma yüksəklik ermənilərdə olub.

Ermənilər Fərrux kəndindən Ağdam rayonunun Cinli və digər kəndlər üçün təhlükə törədirdi. O ərazi tam bizim nəzarətimizdə olacaqsa həmin kəndlərdə heç bir təhlükə, heç bir münaqişə ocağı olmayacaq.

1992-ci ildən Fərrux kəndi azad olunandan sonra kəndin üzündəki yüksəklik – Daşbaşı yüksəkliyini azad etmək üçün dəfələrlə hücum əməliyyatı olub. Alınsa da biz oranı saxlaya bilməmişik. O mənada bu yüksəkliyin azad olunması çox ciddi bir uğurdur”.

R.Kərimoğlu qeyd edib ki, 1918-20-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti Əsgəran, Qarabağ istiqamətində əməliyyat keçirəndə də Fərrux kəndi strateji baxımdan çox böyük əhəmiyyət daşıyıb.

Qarabağ qazisi həmçinin əlavə edib ki, Azərbaycan tanınmış şairi Xəlil Rza Ulutürkün oğlu, Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəyli Fərrux dağının ətəyində, Xanabad kəndində şəhid olub:

“Həmin ərazidə çox sayda döyüşçülərimiz şəhid olub. Oranın hər qarışı qanla suvanıb. Fərrux kəndinə Azərbaycan Ordusunun nəzarət etməsi çox ciddi bir uğurdur.

Füzuli rayonundakı Ərgünəş dağı necə əhəmiyyətlidirsə, Fərrux dağı da Ağdam üçün elə bir əhəmiyyətli yerdir”.

Xatırladaq ki, Qarabağ qazisi Rey Kərimoğlu şəhid polkovnik-leytenant Şirin Mirzəyevin batalyonunda kəşfiyyatçı kimi, xüsusi əməliyyat yerinə yetirərkən 1992-ci il avqustun 9-da Fərrux istiqamətində yaralanıb.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Suraxanıda 35 yaşlı kişi evində döyülərək ağır xəsarət alıb
  2. 65 yaşlı kişini ilan sancdı
  3. Sumqayıtda mənzildə kişi meyiti tapılıb
  4. Bakıda iki avtomobil toqquşub, xəsarət alan var
  5. Bakıda 20 yaşlı qadın öldürülüb, qardaşı saxlanılıb - YENİLƏNİB
  6. Qaraçuxurda motosikletçi yol qəzasında xəsarət alan var
  7. Tərtərdə avtomobil beton maneəyə çırpılıb, gənc qız ağır yaralanıb
  8. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  9. Bakıda yol qəzası olub, xəsarət alan var
  10. Talış Dağlıq zonasında güclü zəlzələ olub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”