İş adamı məktəb tikintisi tenderində qalib olmaq üçün 240 min veribmiş
- 14-03-2022, 15:42
- Cəmiyyət
Beynəlxalq axtarışa verildikdən 1 il sonra Ukraynada tutularaq Azərbaycana ekstradisiya edilən Mövsüm Mövsümov hakim qarşısına çıxarılır.
“Azadsəs.az”ın məlumatına görə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə iş adamına külli miqdarda maddi ziyan vuran Mövsümovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.
Belə ki, o, zərərçəkmiş Nabil Zeynalovu aldadaraq 240 min manatını alıb. M.Mövsumov yüksək vəzifədə tanışları olduğunu, bu yolla N.Zeynalovu Şəkidə məktəb tikintisi üçün keçirilən tenderdə qalib edəcəyini bildirib. Daha sonra pulu alaraq yoxa çıxıb. Cinayət təqibi orqanından gizləndiyinə görə beynəlxalq axtarışa verilib.
Qeyd edək ki, M.Mövsumov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.