“JEK” rəisinin polis oğlu 2,5 milyonumu aldı, iş yoldaşlarını basqına göndərdi”
2 milyonluq dələduzluqda ittiham edilən Xətai RPİ-nin keçmiş əməliyyat müvəkkili Elvin Həşimlinin məhkəməsi keçirilib.
"Azadsəs.az" “Kriminalqafqaz”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclas zamanı məlum olub ki, E.Həşimli Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisinin oğlu, eyni zamanda, Xocalı rayon icra başçısının müavini Vahid Əliyevin kürəkənidir.
O, biznesmen Möhkəm Səmədova yalan vədlər verərək, 2.5 milyon manatı dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.
Qeyd edək ki, E.Həşimli vaxtilə Xətai Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsində əməliyyatçı kimi çalışıb. Məlum əməli törətdikdən sonra daxili işlər orqanlarından xaric edilib.
Məhkəmə iclasında zərərçəkən Möhkəm Səmədov ifadə verib. O, Elvini bacısı oğlunun vasitəsilə tanıdığını deyib:
“Tez-tez mənim çay evimə gəlirdilər. Atasını da tanıyırdım. Bilirdim ki, Nərimanov rayonunda "JEK"in rəisidir. Bir dəfə atası ilə görüşəndə demişdim, əlimdə 150-200 min manat pul var, Nərimanov rayonunda yer alıb obyekt tikmək istəyirəm. Bu söhbətdən 2-3 ay sonra Elvin zəng vurdu ki, yaxşı gəlirli siqaret işi var.
Bir müddət sonra da dedi, “zapçast” işi var, yaxşı gəlir var. Hissə-hissə Elvinə 2,5 milyon manat verdim. Həşimli yalan vədlər verərək, həmin pulu ələ keçirib və öz əyləncələrinə xərcləyib. Düzdür, əvvəlcə aybaay mənə qazanc kimi puldan verirdi. Ümumilikdə 480 min manat qaytarıb. Amma 2 milyondan çox pulumu mənimsəyib.
Elvinin atası dəfələrlə pulu tam qaytaracağını və yaxud hansısa daşınmaz əmlakları mənim adıma keçirəcəyini desə də, nəticə olmayıb. Hətta Elvin bir dəfə atasını da aldadıb ki, guya puldan 1,1 milyon manat qaytarıb. Bu danışıqları sübut edən səs yayzısı da var, prokurorluğa təqdim etmişəm.
Elvin Həşimli öz atası, qayınatası vasitəsilə bütün işlərini həll etdiyini, ən yuxarı dairələrlə görüşdüklərini bildirərək işə xitam veriləcəyini deyir, şahidlərə təsir göstərir. Vəzifədə olan atası və qayınatası tərəfindən himayə edilir. Artıq onun yaxın ətrafı məhkəmə tərkibinə də təsir göstərmək üçün ora-bura can atmaqdadırlar”.
Məhkəmədə məlum olub ki, E.Həşimli polis işləyərkən iş yoldaşlarını Möhkəm Qədimovun çay evinə basqına göndərib:
“Mən pulumu dəfələrlə istəsəm də, nəticəsi olmadı, ona görə də Nərimanov Rayon Polis İdarəsinə ərizə ilə müraciət etdim. Şikayətimdən sonra 12-13 nəfər polis mülki formada çay evinə basqın etdi. Guya axtarış aparırlar. Sonradan məlum oldu ki, basqını Elvin qanunsuz olaraq təşkil edib. Həmin görüntüləri DİN-ə təqdim etdim, ondan sonra Elvin polisdən qovuldu. 2,5 milyon manatımı geri tələb edirəm”.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinən E.Həşimlinin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Növbəti iclas fevralın 23-ə təyin olunub.