“Bir çox vətəndaşımızın sənədlərində problem var” - Azərbaycanın Polşadakı səfiri
Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova Ukraynadan Polşa ərazisinə keçmiş Azərbaycan vətəndaşlarına müraciət edib.
“Azadsəs.az” xəbər verir ki, bu barədə səfirliyin Feysbuk səhifəsində videomüraciət paylaşılıb.
N.Qurbanova bildirib ki, Polşa ərazisinə keçmiş Azərbaycan vətəndaşları üçün səfirlik tərəfindən mümkün dəstək göstərilir:
“İlkin məlumata əsasən, Ukraynadan Polşa ərazisinə təqribən 1000 vətəndaşımız keçib. 300 vətəndaşımız səfirlik tərəfindən mehmanxanalara yerləşdirilib.
Səfirlik bu məqsədlə iritutumlu avtobuslar kirayə götürüb. Qeyd etmək istərdik ki, bir çox vətəndaşımızın səyahət sənədlərində problem var. Həmin vətəndaşlara qayıdış şəhadətnamələrin əldə edilməsi üçün konsulluq xidməti göstərilib.
Obyektiv səbəblərdən hazırda mehmanxanalarda yerlərin sayında ciddi məhdudiyyətlər var. Bu səbəbdən Polşanın icra qurumları tərəfindən təşkil edilmiş müvəqqəti sığınacaq yerlərində yerləşdirilmiş vətəndaşlarımızdan xahiş edirik ki, təxliyə olunanadək həmin yerlərdə qalsınlar və yerləşmə ünvanı, pasportlarının fotoşəkli və əlaqə məlumatlarını Səfirliyin 0048576900183 telefon nömrəsinə bağlı olan votsap tətbiqinə göndərsinlər".
Səfir əlavə edib ki, hazırda Azərbaycana təxliyə reysinin təşkili üzərində çalışırlar:
"Təxliyə səfirlikdə tərtib edilmiş siyahıya müvafiq olaraq aparılacaq. Növbəlilik əsasında, ilk olaraq qadınlara, uşaqlı valideynlərə, yaşlılara və tələbələrə üstünlük veriləcək. Təxliyə barədə məlumat vətəndaşlarımızın telefon nömrələrinə göndəriləcək. Müvafiq məlumat gəldikdən sonra vətəndaşlarımızdan Səfirliyin təlimatına uyğun şəkildə hərəkət etmələri xahiş olunur.
İmkanı olan vətəndaşlarımızdan xahiş edirik ki, Polşadan Türkiyə və Gürcüstan üzərindən Azərbaycana hərəkət edən təyyarə reyslərdən istifadə etsinlər. Yaxud Polşada Türk Hava Yolları və LOT şirkətləri gündəlik əsasda Varşavadan İstanbula, LOT şirkəti həmçinin Tbilisiyə, “Wizzair” şirkəti isə həftədə 3 dəfə Kutaisiyə uçuşlar həyata keçirir".