Mehdiyevin onu tənqid edənlərlə bağlı bəyanatı silindi - Foto
Fevralın 10-da AMEA-nın rəsmi saytında deputatlar, jurnalistlər və ictimai fəalların ünvanına yazılmış təhqir dolu məqalə silinib.
“Azadsəs.az” xəbər verir ki, həmin yazı 2 gün əvvəl istefa verən AMEA prezidenti Ramiz Mehdiyevlə bağlı çıxış edənlər haqda idi. Yazıda R.Mehdiyevi istefaya səsləyən müxalif kəsim “avtobus, yaxud cib müxalifəti” adlandırılmış, onun istefasını tələb edənlər isə müxtəlif ifadələrlə təhqir edilmişdi.
Hətta yazıda adı çəkilən bəzi şəxslər məhkəməyə müraciət edəcəyini də açıqlamışdı. Bundan başqa, bir neçə deputat yazıya cavab olaraq açıqlama da yaymışdı.
Həmin yazı AMEA-nın saytından silinsə də, akademiyanın feysbuk səhifəsində paylaşım formasında qalır.