Müdafiə Sənayesi Nazirliyinə məxsus Xaçmaz Kondensator Zavodu MMC-nin direktoru Maarif Bağırov vəzifəsindən azad edilib.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, müəssisəyə rəhbərlik Sübhan Süleymanova həvalə olunub.
Xatırladaq ki, "Xaçmaz Kondensator Zavodu" 1981-ci ildə SSRİ-nin Elektronika Sənayesi Nazirliyinin “Elektrolit” İstehsalat Birliyinin Severo-Zadonsk Kondensator Zavodunun filialı kimi yaradılıb, 1982-ci ildən fəaliyyətə başlayıb. Zavod 1993-cü ildən Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyətini davam etdirib, 2006-cı ildə isə Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilib. Onun nizamnamə kapitalı 15 217 935 manatdır.
Zavod direktoru işdən çıxarıldı
- 20-01-2021, 12:10
- Hadisə