Qaradağda Gənclər Günü ilə bağlı tədbir keçirildi - Fotolar
Qaradağ rayonunda Heydər Əliyev Mərkəzində “2 fevral – Azərbaycan gəncləri günü”nün təsis edilməsinin 25 illiyi münasibətilə rayon gənclərinin yekun toplantısı keçirilib.
“Azadsəs.az” xəbər verir ki, toplantıda Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, millət vəkilləri Aydın Hüseynov və Səbinə Xasayeva, və digər rəsmi şəxslər iştirak edib.
Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulduqdan sonra Mərkəzin foyesində təşkil olunmuş rayon gənclərinin çəkdikləri rəsm işlərinə və gənclərin nailiyyətlərinin əks etdirən guşəyə baxış olub. Daha sonra Konfrans zalında rayonda keçirilmiş gənclər siyasətini əhatə edən videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkədə yaratdığı ilk Mərkəzi icra hakimiyyəti orqanlarından birinin məhz Gənclər və İdman Nazirliyi oldunu vurğulayıb: “Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanda gənclər siyasəti mahiyyət etibarı ilə yeni mərhələyə qədəm qoyub. Gənclər üçün çoxsaylı layihələr icra olunub və bu layihəlırin hər birinin ana xəttində isə Azərbaycançılıq məfkurəsi dayanıb. Yürüdülən xırdalıqlarına qədər düşünülmüş gənclər siyasətinin nəticəsidir ki, əsasən gənclərdən ibarət olan müzəffər ordumuz cəmi 44 gün sürən Vətən müharibəsində igidlik, şücaət göstərərək tarixi torpaqlarımızı düşməndən azad etdi”.
Daha sonra digər qonaqlar çıxış edib.
Tədbirin sonunda gənclər sahəsi üzrə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən təşkilatlar rayon rəhbərliyi tərəfindən fəxri fərmanlarla təltif ediliblər.