Hərbi ekspert: “Sülhməramlılar bölgədə konflikti bitirməkdə maraqlı deyil” - VİDEO
- 31-12-2021, 14:21
- Cəmiyyət
Arxada qoymağa hazırlaşdığımız il ölkəmizin tarixi üçün xeyli əlamətdar sayıla biləcək hadisələrlə yaddaşlarda qalacaq.
Artıq Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatın ikinci ilinə keçirik. Ötən bir il ərzində Ermənistan imza atdığı sənədi heçə sayaraq dəfələrlə Qarabağda təxribatlar törədib. Azərbaycan və Ermənistan arasında vaxtaşırı baş verən atışmalar fonunda Müdafiə Nazirliyi ilk dəfə olaraq 11 avqustda Qarabağda Rusiya sülhməramlılarının olduğu ərazilərdə erməni qüvvələrinin qalmasından narazılığını bildirib.
Üçtərəfli bəyanatın imzalamasından sonra Ermənistanın ən geniş təxribatı noyabrın 16-da dövlət sərhədində baş verib. Belə ki, mənfur qonşumuzun təxribatı nəticəsində Azərbaycan ordusu 7 şəhid verib, 10 hərbi qulluqçumuz da yaralanıb. Ermənistanın dövlət sərhədində törətdiyi təxribat və hərbi avantüra tam iflasa uğrayıb. Lakin ekspertlər bu cür təxribatların baş verməsində əsas günahkar kimi rus sülhməramlılarını göstərir. Çünki üçtərəfli bəyanatın əsas müddəalarından biri də Qarabağda qalmış silahlı erməni tör-töküntülərinin ərazidən çıxarılması ilə bağlı olub.
Daha ətraflı süjetdə: