“Əməkhaqqı 300 manatdırsa, pensiya onun 80 faizi civarında olmalıdır”
- 29-12-2021, 15:17
- Cəmiyyət
“Əmək pensiyaları sosial sığorta prinsipinə əsaslanan ödəniş növüdür. Şəxs əmək qabiliyyətli dövrdə və yaşda fəaliyyət göstərdiyi müddətdə nə qədər sosial sığorta haqqı ödəyibsə, həmin məbləğlər onun əmək qabiliyyətini itirdiyi dövrdə ona ödənilir. İşlədiyi dövrdə əməkhaqqı nə qədər yüksəkdirsə, həmin dövrdə toplanmış kapitala uyğun olaraq pensiya əldə etmiş olacaq”.
“Azadsəs.az” xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov son üç ildə əmək pensiyalarının minumum məbləği məsələsinə aydınlıq gətirərkən deyib.
O bildirib ki, əmək pensiyasının minimum məbləğinin qaldırılması müstəsna olaraq Prezidentin səlahiyyətinə aid olan məsələdir: “Artıq bu məbləğ 2018-ci ilin yanvarında 116 manat məbləğində idi. 3 illik dinamikaya baxdıqda bu rəqəm 82 faiz artırılıb. Demək olar ki, iki dəfəyə yaxın artımdan söhbət gedir. Növbəti ildə bu rəqəm 240 manata çatdırılır. Əmək pensiyalarının minumum məbləğinin artırılması ilə minimum pensiya ilə minumum əməkhaqqı arasında bir üzvi bağlılıq var.
Yəni əgər işləyən şəxs üçün müəyyən olunmuş əməkhaqqı 300 manat məbləğindədirsə, minumum pensiya onun 80 faizi civarında olmalıdır. Balansı qorumaqla bu artımlar həyata keçirilir. Sözsüz ki, növbəti dövrlər ərzində də 2025-ci ilə qədər müəyyən etdiyimiz strategiyaya uyğun olaraq əmək pensiyalarının minumum məbləğinin artırılması istiqamətində müvafiq dəyişikliklər təqdim olunacaq”.