Yaşayış binalarında məktəbəqədər təhsil müəssisəsi olacaq
- 14-12-2021, 08:13
- Cəmiyyət
Yaşayış binalarında məktəbəqədər təhsil müəssisələrinin yerləşdirilməsi qaydası müəyyənləşib.
“Azadsəs.az” xəbər verir ki, bu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyası tərəfindən təsdiqlənən “Yaşayış binaları. Layihələndirmə normaları”nda öz əksini tapıb.
Belə ki, yaşayış binalarının birinci və ikinci mərtəbələrində, eləcə də hüdudları daxilində və onlara bitişik tikililərdə tutumu 150 yerdən artıq olmayan məktəbəqədər təhsil müəssisələrinin yerləşdirilməsinə yol verilir.
Normalara əsasən, yaşayış binalarında, eləcə də həmin binalara bitişik tikililərdə ambulator-poliklinik tibb müəssisələrinin (kabinetlərin), o cümlədən müalicə-sağlamlıq, reabilitasiya və bərpa müəssisələrinin, həmin mərkəzlərin nəzdində gündüz stasionarlarının yerləşdirilməsi mümkündür.
Yaşayış binalarında yerləşdirilən tibb müəssisələri binanın əsas hissəsindən əsaslı divarlarla ayrılmalı, müstəqil ventilyasiya, kanalizasiya sistemləri və xəstələr üçün ayrıca girişlə təchiz edilməlidir.