azadses.az » Cəmiyyət » Bakıda bəzi sakinlər şəxsi evlərində kirayə qalır? - AÇIQLAMA

Bakıda bəzi sakinlər şəxsi evlərində kirayə qalır? - AÇIQLAMA

“Paytaxtda yeni yaşayış binalarını idarə edən mənzil-tikinti kooperativləri (MTK) tikililərin saxlanılması üçün sakinlərdən böyük məbləğdə vəsait yığır. Bu səbəbdən bəzi vətəndaşlar şəxsi evlərində kirayə qalırmış kimi yaşayırlar”.

Bu sözləri əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

O bildirib ki, yeni tikililərin idarəsi müəyyən səviyyədə dövlətin nəzarətinə verilməlidir:

“Bu gün yeni tikililərdə idarəetmə ilə bağlı ciddi problemlər var. Sovet dövründə binaların idarə edilməsinə mənzil istismar idarələri baxırdı. Həyət-bacanın təmizliyi, dam örtüyünün dəyişdirilməsi və s. onların öhdəliyində idi. İndi də köhnə tikililərlə bağlı vəziyyət eynidir, lakin yeni yaşayış binalarında sakinlər daim aylıq yığılan vəsaitin çoxluğundan şikayət edirlər. Məsələn, lift xarab olur, su nasosu işləmir, bunun üçün sakinlərdən əlavə pul yığılır.

Gələcəkdə binaların xarici görünüşü ilə bağlı da problemlər yaşanacaq, lakin MTK-ların təmir üçün kifayət qədər büdcəsi olduğunu düşünmürəm. İstənilən binanın xarici görünüşü şəhərin estetik gözəlliyinə xidmət edir. Müəyyən zaman keçdikdən sonra bu binaların fasadları sökülsə, dam örtüyü dağılsa, təmir üçün çox ciddi vəsait lazım olacaq. Hesab edirəm ki, dövlət bu binalara hansısa formada nəzarət etməlidir. Bunun üçün müəyyən bir yolla büdcə formalaşdırılmalıdır ki, binaların saxlanılması təmin edilsin”.

Ekspert bildirib ki, yeni tikililərin idarəetməsini bələdiyyələrə həvalə etmək olar:

“Bir çox ölkədə idarəetmələr bələdiyyələr tərəfindən aparılır. Belə olsa, kommunal xərclərin də miqdarı azalar, ödənişlər də rəsmiləşər və konkret tariflər müəyyənləşdirilər. Təsəvvür edin ki, bu binalarda minlərlə insan çalışır. Onların iş yerləri də rəsmiləşər, bələdiyyənin nüfuzu artar və vətəndaş-bələdiyyə münasibəti formalaşar. Hazırkı vəziyyətdə MTK-lar tərəfindən xeyli vəsait yığılır, amma bu vəsait qarşılığında göstərilən xidmət azdır. Bəzi vətəndaşlar şəxsi evlərində kirayə qalırmış kimi pul verirlər”.

Mənbə: Trend
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?