Bu gündən Azərbaycanda ictimai hamamların fəaliyyəti bərpa edilir
- 13-12-2021, 08:06
- Cəmiyyət
Bu gündən – dekabrın 13-dən Azərbaycanda hamam xidmətləri göstərən obyektlərin fəaliyyəti bərpa olunur.
"Azadsəs.az" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun dekabrın 11-də imzaladığı “Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” qərarda bildirilir.
Qərara əsasən, hamam xidmətləri göstərən obyektlərin xidmətlərindən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, yalnız COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmuş və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olan yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan şəxslər istifadə edə bilər.