Sərt karantin dövründə bu sahələr fəaliyyət göstərəcək - SİYAHI
- 5-12-2020, 15:53
- Cəmiyyət
2020-ci il 14 dekabr saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində fəaliyyət göstərəcək sahələr müəyyənləşib.
''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına dəyişiklikdə əksini tapıb.
Qərara əsasən adları qeyd olunan şəhər və rayonlarda hüquq mühafizə, məhkəmə orqanlarının, hərbi xidmət nəzərdə tutulmuş orqanların və vəkillərin fəaliyyəti, digər dövlət orqanlarının (qurumlarının) fəaliyyəti (Nazirlər Kabineti tərəfindən müəyyən edilən say həddi çərçivəsində), səhiyyə və sosial xidmət müəssisələrinin fəaliyyəti, dezinfeksiya xidmətləri, kommunal xidmətlər (su, elektrik enerjisi, qaz, istilik, rabitə və telekommunikasiya, məişət tullantıları), yük daşımaları və logistika xidmətləri, fasiləsiz fəaliyyət göstərən müəssisələrin, həmçinin qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələrinin fəaliyyəti, kənd təsərrüfatı, meliorasiya və su təsərrüfatı fəaliyyəti, apteklərin, ərzaq mağazalarının (bazarlar və yarmarkalar istisna olmaqla), yanacaqdoldurma məntəqələrinin fəaliyyəti, kütləvi informasiya vasitələrinin fəaliyyəti, maliyyə təşkilatlarının (bank, sığorta və s.) fəaliyyəti, mühafizə xidmətləri fəaliyyət göstərəcək.