“Anafilaktik şok olmadığı halda peyvənd əks göstəriş sayılmır”
“Mən hələ Azərbaycanda koronavirus əleyhinə peyvəndə görə əks göstəriş olan bir xəstə görməmişəm”.
“Azadsəs.az”in məlumatına görə, bunu tibb üzrə elmlər doktoru, millət vəkili Rəşad Mahmudov “COVID-19: Erkən və gecikmiş fəsadlar” beynəlxalq elmi konfransda deyib.
O bildirib ki, bu gün insanlar arasında çaşqınlıq yaradan sosial şəbəkələr deyil, həkimlərdir:
“Biz həkimlər xəstələrə səhv yön veririk. Bunu bəzən səhiyyə qurumları olaraq da edirik. Əgər səhiyyə qurumu olaraq bu gün çıxıb deyiriksə, xüsusi ekspertiza yaradılır, əlbəttə, bu, ölkədə çaşqınlıq yaradacaq. Bir gün o çaşqınlıq və qorxular əsasında peyvənd vurdurmayıb həyatını itirən insanlar olur. İnsanlarda bu qədər çaşqınlıq yaradan biz həkimlərik. Qorxu içində peyvənd vurdurmamaq bəzi insanların günahı ola bilər, amma onlar həyatını itirdiyi halda bunun məsuliyyəti bizə də düşür. Anafilaktik şok olmadığı halda peyvənd əks göstəriş sayılmır”.