azadses.az » Cəmiyyət » Yerin altında da sıxlıq və ləngimə: Səbəb nədir?

Yerin altında da sıxlıq və ləngimə: Səbəb nədir?

Pandemiya dönəmində ölkə ərazisində bir sıra məhdudiyyətlər tətbiq edilsə də, zamanla onlar aradan qaldırılır. "Bakı Metropoliteni” də yeni tədris ilinin açılması ilə eyni vaxtda öz fəaliyyətini bərpa etdi. Metropoliten sərnişindaşımada hər zaman mühüm önəm kəsb edib və paytaxt ərazisində nəqliyyat sıxlığının azalmasına təsir göstərib. Bir sıra sahələrin yenidən əvvəlki normal fəaliyyətə başlaması, şübhəsiz ki, metroda sərnişindaşımaya da təsirsiz ötüşmür.

Bu səbəbdən də, "Bakı Metropoliteni” pik saatlarda qatarlar arasında intervalı azaldır. Elə bu günlərdə qurumun yaydığı açıqlamada da müəyyən edilmiş pik saatlarda intervalın 2 dəqiqəyə endirildiyi bildirilirdi. Lakin metrodan daha çox istifadə edən şəxslər iddia edirlər ki, pik saatlarda 2 dəqiqəlik intervala riayət olunmur. Qatarlar 3,5-4 dəqiqə aralığında hərəkət edirlər ki, bu da pik saatlarda sıxlığa səbəb olur. Əgər belə bir durum varsa, ləngimələrə səbəb nədir?

Məsələ ilə bağlı “Kaspi” qəzeti araşdırma aparıb.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında "Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədovbildirdi ki, yeni tədris mövsümü başlayandan metropolitendə yubanma cəmi bir dəfə qeydə alınıb: "Bu, "İçərişəhər" stansiyasında qatara növbəti baxış keçirilməsi ilə bağlı olub. Həm də hadisə səhər pik saatdan əvvəl və qatarların xəttə çıxması dövrünə təsadüf etdiyindən, yalnız iki qatar arasında intervalda əksini tapıb. Başqa sözlə, ciddi qrafik pozulması, cədvəldən kənara çıxılma olmayıb. Ümumən metropolitendə 2-dəqiqəlik interval gur saatlarda tətbiq edilir. Yəni səhər 7:30-dan 9:30-a qədər, axşam 17:30-dan 19:30-a qədər. Bu iddia "28 May-Həzi Aslanov" sahəsinə aiddir. Təbii olaraq, iki xətt "28 May" stansiyasında kəsişdiyindən, bu stansiyadan həm "Dərnəgül", həm də "İçərişəhər" istiqamətində interval 2 dəfə böyüyür. Amma ümumən, gün ərzində ehtiyat qatarlar nəzərdə tutulur və lazım olduqda xəttə buraxılır. Bütövlükdə monitorinqlərlə bağlı qeydlərimdə yubanma, qrafik pozulması yoxdur. Yeganə istisna yuxarıda qeyd etdiyim iki qatar arasındakı intervaldır. Əgər hər hansı şübhə varsa, məmnuniyyətlə araşdırarıq”.

Metropoliten rəsmisi qeyd etdi ki, ümumən, yoxlama-nəzarət mexanizmlərində diqqət yetirilən əsas hədəflərdən biri də qapıların saxlanmamağına yönəldilib: "Hələlik, müsbət tendensiya var. İl yarımdan artıqdır ki, pandemiya şəraitində olduğumuzdan və metropolitenin fəaliyyətində zamanla məhdudiyyətlər tətbiq edildiyindən, sərnişinlər arasında metrodan istifadənin bir sıra məqamlarını xüsusi nəzarətdə saxlayır və onlar arasında iş aparırıq. Monitorinqlərə uyğun olaraq, tədris mövsümü tam həcmdə başladığından, sərnişinlərin axın istiqamətləri, gün ərzində sıxlıq müddətləri xüsusi araşdırılır.

Metrodan ilk dəfə və ya buna qədər az istifadə edənlərin uyğunlaşması, səmti daha asan və avtomatik müəyyən etməsi və s. praktiki vərdişlərin formalaşması kimi məsələlərə də xüsusi diqqət yetiririk. Hətta 2019-cu illə müqayisədə müsbət cəhətlər çoxdur. Bunu qoruyub saxlamaq metropolitençilərlə sərnişinlərin birgə və qarşılıqlı münasibətindən də çox asılıdır. Pandemiya dövründə maskanın düzgün taxılmasına bundan sonra da ciddi əməl olunsa, müsbətə doğru irəliləyiş davam edəcək. Bir də onu xüsusi qeyd edim ki, daşımaya, qrafikin pozulmasına gətirib çıxaran yubanma və onun səbəblərini açıq şəkildə ictimaiyyətə dərhal açıqlayırıq. Gizli heç nə saxlamırıq”.

B.Məmmədov əsaslı sərnişin artımının olduğunu vurğulayıb: "Amma bunu, yəqin, hər kəs bilir və gözləyirdi. Tədrisin tam həcmdə başlaması və bu şəraitdə metropolitendə seyrəklik müşahidə etməyin qeyri-mümkün olacağını adi məntiq də deyirdi. Əgər normal həyata qayıdışdan danışırıqsa, 2020-ci ilin martına qədər olan dövrdəki kimi metroda gur saatlarda sıxlıq, dərs vaxtının başa çatmasından asılı olaraq bəzi stansiyaların dolub-boşalması, zamanla daşıma yükünün artması adi hal sayılmalı deyil? Mən başqa cür təsəvvür etmirdim də”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?