azadses.az » Cəmiyyət » Dəhşətli qətlin səbəbkarları kimlərdir?- Prezidentə MÜRACİƏT

Dəhşətli qətlin səbəbkarları kimlərdir?- Prezidentə MÜRACİƏT

15 sentyabr 2010-cu ildə Xaçmazda baş vermiş dəhşətli qətl hadisəsinə hələ də hüquqi qiymət verilməyib. Ailə üzvləri iddia edir ki, bu prosesdə nüfuzlu şəxslərin maraqları qorunduğu üçün proses düzgün aparılmır,əksinə , hadisənin bütün məsuliyyəti hədə-qorxu gəlmək yolu ilə ailə üzvlərinin üzərinə atılmaq istənilir.

ATimes.az xəbər verir ki, ailə üzvləri məsələ ilə bağlı Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə müraciət ünvanlayıb. Müraciəti olduğu kimi sizə təqdim edirik

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ​ ​ ​​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ İLHAM ƏLİYEV CƏNABLARINA​​​​ ​

Biz Həbibovlar ailəsi bildiririk ki, anamız Babayeva Nəcimə Qayıtmaz qızı 15 sentyabr 2010-cu ildə, 73 yaşında yaşadığı Xaçmaz şəhəri , Müşkür küşəsi 15 ünvanında vəhşicəsinə qətlə yetirilmişdir. Nəcimə Babayeva​ sahibkar, Xaçmaz şəhərindəki​ “Arzu” Özəl Ticarət Mərkəzinin​ mülkiyyətçisi və direktoru olmaqla bərabər Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə idi. Ömrünün son 3 ilini sahibi olduğu Ticarət Mərkəzini ən​ müxtəlif qanunsuz yollarla onun əlindən almaq istəyən Xaçmaz rayonunun sabiq icra hakimiyyəti başçısı Şəmsəddin Xanbabayevin rəhbəri və təşkilatçısı olduğu dəstə ilə mübarizə aparmışdır. Xanbabayev​ və dəstəsi Nəcimə Babayevanın təkcə mülkiyyətini ələ keçirmək istəyi ilə kifayətlənməyib. Belə ki, Nəcimə Babayevanın müəllifi olduğu​ “Dünya dərdimdən xəbərsiz”​ kitabındakı​ sərt tənqidi satirik şeirlərinə görə cəzalandırmaq üçün xüsusi öyrədilmiş adamlar vasitəsilə 250 min manat təzminat tələbi ilə məhkəməyə verdirmişdir.​ Bu və digər qanunsuz əməllərinə son qoyulması tələbi ilə Nəcimə Babayeva respublikanın bütün ali instansiya orqanlarına üç il boyunca şikayətlər etsə də heç bir tədbir görülməmişdir.​ ​ Hadisənin ilkin istintaqını aparan Xaçmaz rayon prokurorluğu​ rayonun sabiq prokuroru Rasim Məlikovun rəhbərliyi ilə Babayevanın qətlinin guya ailə münaqişəsi zəminində baş verdiyini, buna görə də Babayevanın övladları Gülnara Həbibova və Cavid Həbibovun əleyhinə saxta sübutlar toplamağa çalışaraq istintaqı qəsdən səhv istiqamətə yönəltmiş, əsl cinayətkarkarların məsuliyyətdən yayınması üçün şərait yaratmışdır. Ailənin davamlı şikayətlərindən sonra cinayət işinin istintaqı rayon prokurorluğundan alınaraq Baş Prokurorluğu Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə (indiki Baş İstintaq İdarəsi) , həmin idarənin xüsusilə mühüm işlər üzrə müstəntiqi vüqar Nəsibovaun icraatına verilmişdir. Hal-hazırda həmin cinayət işi Baş İstintaq İdarəsini müstəntiqi Zöhrab Səməndovun icraatındadır. Cinayət işinin üstü hələ də açılmayıb, qatil və potensial sifarişçilər hələ də azadlıqdadır.​ ​ Bu illər ərzində istintaqın “guya daşa dirəndiyi” üçün etdiyimiz​ əsaslı şikayətlərimiz cavabsız qalmışdır. Son dəfə özümüzün müxtəlif mənbələrdən öyrəndiyimiz,​ qətlin törədilməsində əli olan şəxs, həmin şəxsi ölkəyə gətirdən, qətldən sonra onun ölkədən qaçması üçün şərait yaratmaqda şübhəli olan vəzifəli şəxs barədə məlumatları 2019-cu ilin 06 avqustunda Baş Prokurorluğa təqdim etmişik.​ 2021-ci ilin yanvar ayının 19-da cinayət işinin istintaqını aparan Zöhrab Səməndov bu işlə əlaqədar Xaçmazda Babayevanın qızı Gülnarə Həbibovanı ifadə almaq adı altında 6 saat dindirmiş və eynilə 2010-cu ildə Rasim Məlikovun gəldiyi “qənaət”ə uyğun suallar verərək qətllə bağlı Xanbabayev və dəstəsini müdafiə xəttini seçmişdir. Daha sonra həmin ilin 17 mart tarixində Baş İstintaq İdarəsində Gülnarə Həbibova Zöhrab Səməndovun iş otağında olarkən​ psixoloji təzyiq və aldatma yolu ilə Gülnarənin smartfonunun kodunu öyrənmişdir. Mobil telefon inzibati binanın girişindəki buraxılış otağında mühafizə polisinin əməkdaşlarına Gülnarə Həbibova tərəfindən təhvil verilmişdir. Zöhrab Səməndov həmin polis əməkdaşəına yaxınlaşaraq Gülnarənin telefonuna zəng vurmasını istəyir. Gülnarənin telefonuna zəng gəlir və müstəntiq guya istintaq zərurəti ilə əlaqədar həmin telefonu götürür. Telefonu qanunsuz olaraq açır və ona izləmə proqramı yükləyərək​ Gülnarənin bütün hərəkət və danışıqlarını video çəkilişini aparmışdır. Bu barədə bütün sübutları müvafiq qurumlara təqdim etmişik, müstəntiqin qeyri-prossesual üsullarla bu qanunsuz əməllərindən Baş Prokurorluğa şikayət etməyimizə baxmayaraq sonuncu barədə heç bir tədbir görülməmişdir.Zöhrab Səməndov 2021-ci il aprelin 19-da Gülnarəni Baş İstintaq İdarəsinə çağıraraq cinayət işi üzrə şahid olan, Şəmsəddin Xanbabyevin yaxın adamı, Xaçmaz rayon Təhsil Şöbəsinin sabiq müdiri Mədinə Nurməmmədovanın qardaşı Elşad Nurməmmədovla üzləşdirmiş, Elşadı Gülnarənin üzünə durğuzmağa çalışmış, lakin üzləşmə zamanı Elşadın yalan ifadə verdiyi üzə çıxmışdır.​ Bu üzləşmədə Gülnarə Həbibova vəkili ilə iştirak etmişdir.​ 09 iyun 2021-ci ildə​ Zöhrab Səməndov Xaçmazda olarkən son iki il yarımda qətl işini araşdıran yerli jurnalist Cəmil Məmmədli vasitəsilə xəbər göndərmişdir ki, vəkilsiz gəlirsə onu qəbul edərəm. Gülnarə Həbibova Zöhrab Səməndovun daha əvvəl etdiyi qanunsuzluqları xatırlatmaqla bundan imtina edərək demişdir ki, bundan sonra Səməndovun yanına yalnız vəkillə gedəcək.​ 25 avqust​ 2021-ci ildə Zöhrab Səməndov​ təxminən 15 nəfər mülki və polis geyimində olan şəxslər və iki xidməti itlə Nəcimə Babayevanın oğlu Cavid Həbibovun qaynatası Nadir Həmidovun Xaçmaz rayonu Sudur-oba kəndindəki evinə gəlmiş, orada axtarış aparmış, daha sonra Nadir Həmidovu Xaçmaz Prokurorluğuna apararaq təxminən 4 saat dindirmişdir. Dindirmə zamanı Zöhrab Səməndov Nadir Həmidova demişdir ki, qudanı sən öldürmüsən, əlimizdə bununla bağlı faktlar var. Xoşluqla bu qətli boynuna al, mən də öz növbəmdə söz verirəm ki, sənə köməklik​ edəcəm.Atasına qarşı edilmiş bu qanunsuz əməllərə görə Nadir Həmidovun oğlu, Səfərbərlik və hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinin əməkdaşı olan Rauf Həmidov axtarış şousunu təşkil edən Zöhrab Səməndovdan və orada iştirak edən Xaçmaz Polis Şöbəsinin əməkdaşlarından Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinin rəhbərliyinə bir neçə dəfə şikayət etmişdir. Baş Prokurorluğun Baş İstintaq İdarəsinin rəis müavinin qəbuluna gedərək Zöhrab Səməndovun qanunsuz əməllərindən etdiyi şikayəti birbaşa çatdırmışdır. Digər tərəfdən bu əmələ görə Prokurorluğu mülki qaydada məhkəməyə belə​ vermişdir. Baş Prokurorluq öz əməkdaşının törətdiyi bu qədər qanunsuz əməllərinə görə cəzalandırmaq əvəzinə şikayətçi,​ Rauf Həmidovu​ ​ 01 oktyabr 2021-ci il tarixdə guya həyata keçirdiyi əməliyyat-istintaq tədbiri ilə guya cinayət başında yaxalamış, ona AR CM-nin 311.2-ci (rüşvət alma) maddəsi ilə ittiham edilmiş, barəsində Bakl Hərbi Məhkəməsi tərəfindən həbs qətiimkan tədbiri seçilmişdir. Maraqlıdır ki, məhkəmənin verdiyi qərardan görünür ki, Rauf Həmidovun guya rüşvət​ alması ilə bağlı məlumat​ Nəcimə Babayevanın qətlinin ibtidai istintaqına rəhbərlik edən Zöhrab Səməndovun əməliyyat-istintaq “fəaliyyət”i ilə əldə olunmuşdur.​ Əslində isə Rauf evində şahidlərin yanında sadəcə saxlanılıb prokurorluğa aparılmışdır.​ Açıq –aydın görünür ki, İstintaq orqanının məqsədi heç də Nəcimə Babayevanın əsl qatillərini tapmaq deyil .Əksinə 11 il bundan əvvəl olduğu kimi saxta dəlillər, sübutlar toplamaqla cinayəti mərhumun ailə üzvlərinin birinin və yaxud bir neçəsinin üzərinə atmaq, bu qanunsuzluqlara qarşı gələn hər kəsi ən müxtəlif üsullarla susdurmaqdır.​ Hesab edirik ki, Baş Prokurorluğun Baş İstintaq İdarəsi bu işdə yuxarıda göstərilən hərəkətləri ilə qərəzli olmasını gizlətmir və işin obyektiv istintaq aparılmasının təmin olunması üçün cinayət işi başqa istintaq orqanına verilməlidir.​ Zərurət yaranarsa Zöhrab Səməndovun Gülnarə Həbibovanın qanunsuz proqran yüklənilməsi ilə bağlı bütün yazılı və video sübutlar ictimaiyyətə açıqlanacaq.​Hörmətlə Nəcimə Babayevanın övladları:

1)Həbibova Gülnara Hacıbaba qızı​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​

2)​ ​ Həbibov Cavid Hacıbaba oğlu​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​

​ ​ ​3) ​ Həbibova Kəmalə Hacıbaba qızı​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​

​ ​ ​ ​4) Həbibov Fuad Hacıbaba oğlu​
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda 46 yaşlı qadın yol qəzasında xəsarət alıb
  2. Bakıda atasının avtomobilini qaçıran yeniyetmə qəza zamanı ölüb
  3. Bakıda 22 yaşlı sürücü yol qəzasında xəsarət alıb
  4. Digahda avtomobillə vurulan piyada xəstəxanada ölüb
  5. Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib
  6. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  7. Binədə yolu keçən qadını avtomobil vurub
  8. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  9. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  10. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?