azadses.az » Cəmiyyət » Hansı klinikalar yoluxucu xəstəliklərin daha da yayılmasına səbəb olur? – Nazirlikdən AÇIQLAMA

Hansı klinikalar yoluxucu xəstəliklərin daha da yayılmasına səbəb olur? – Nazirlikdən AÇIQLAMA

Son dövrlərdə stomatoloji klinikalar vasitəsilə yoluxucu xəstəliklərin, xüsusən də hepatit B və Hepatit C-nin yayılması halları artıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib.

Qeyd edilib ki, viral hepatitlər hazırda qlobal olaraq geniş yayılıb: “Hepatit B və C infeksion virus xəstəlikdir, yoluxma zamanı qaraciyər zədələnir və qaraciyər iltihabını – hepatit əmələ gətirir. Əksər hallarda simptomlar müşahidə olunmur, lakin sonrakı gedişatda qaraciyərin strukturunun geridönməz dəyişilməsi və zədələnməsi – qaraciyər sirrozu ilə nəticələnir. Hepatit “C” virusu yayılmış altı növ (RNT tərkibli viruslar - A, B, C, D, E, G) hepatit viruslarından biridir və Flaviviridae ailəsindən hepacivirus növünün tək üzvüdür. Hepatit C virusunun rəqəmlə ifadə olunan altı əsas genotipi (genotip 1 və s.) mövcuddur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı məlumata görə, dünya əhalisinin ən azı 4%-i bu virusa yoluxub”.

Mərkəzin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Esmira Əkbərovanın sözlərinə görə, xəstəliyin yayılmasının əsas yolu xəstə insanın qanı ilə təmas, viruslu xəstənin qan və qan preparatlarının sağlam şəxsin qanına daxil olmasıdır: “Hepatit C-yə yoluxmuş insanların istifadə etdikləri dırnaq qayçısı, təraş bıçağı, diş fırçası kimi fərdi vasitələr də xəstəliyin əsas yayılma yollarındandır. Həmçinin, virusa steril olmayan diş poliklinikalarında, bərbərxanalarda, qadın kosmetoloji salonlarında yoluxma ehtimalı var. Stomatoloji müayinə və müalicə prosedurları zamanı alət və vasitələr sterilizasiya olunmadan və ya lazımi sterilizasiya olunmadan bütün xəstələr üçün istifadə edilərsə, Hepatit B və C virusuna yoluxma halı baş verə bilər. Virusdan qorunmaq üçün hər kəs həkim və proseduru edən mütəxəssislərdən (bərbər, kosmetoloq) bu qaydalara riayət etmələrini tələb etməlidir”.

Qurum rəsmisi onu da əlavə edib ki, hazırda Səhiyyə Nazirliyinin Analitik Ekpsertiza Mərkəzinin Tibbi Nəzarət şöbəsinin prioritet məsələlərindən biri də virus hepatitlərin ölkəmizdə yuxarıda göstərilən yoluxma riski olan yollarının qarşısının alınmasıdır:

“Bu məqsədlə Tibbi Nəzarət şöbəsində öncədən təsdiq olunmuş plan üzrə özəl tibb müəssisələrində (stomatoloji klinikalar, ambulator və stasionar tibb xidməti göstərən klinikalar) aparılan planlı və plandankənar (növbədənkənar) yoxlamalar zamanı digər tədbirlər ilə birlikdə yoluxucu xəstəliklər olan virus hepatitlərinin yoluxma yollarının qarşısının alınması xüsusi nəzarətdə saxlanılır. Aşkar olunmuş müxtəlif nöqsanlar müalicə və diaqnostika işinin təşkili, heyətin qaydalara riayət etməsini, lazımi ləvazimatların olub-olmamasına aid olur və qayda pozuntularına görə inzibati tənbeh tədbirləri görülərək maarifləndirici işlər aparılır”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?