Hövsan sakinlərinin səhhətində problemlər yaranıb: “Azərsu”nun stansiya rəisi cərimələndi
31 iyul 2021-ci il tarixdə saat 23:00 radələrində “Azərsu” ASC-yə məxsus Hövsan Arеasiya Stansiyasının ərazisində yanğın baş verib və yanğınla əlaqədar yerində araşdırma aparılıb.
Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə məlumat yayıb.
Araşdırma zamanı sözügedən ərazidə (200 kv.metr sahədə) 3500 ədədə yaxın istifadəyə yararsız olduğu bildirilən su sayğacının utilizasiya məqsədilə saxlandığı və yanğın nəticəsində onların bir hissəsinin tamamilə yanaraq məhv olduğu, digər hissəsinin isə torpağa basdırıldığı müəyyən olunub.
Həmçinin araşdırma zamanı məlum olub ki, yanğın baş verən ərazidə yaşayan əhalinin səhhətində problemlər yaranıb və bu da haqlı narazılığa səbəb olub.
Aparılan ölçmələr zamanı müəyyən olunub ki, yanma prosesi zamanı ətraf mühitə 2192 manat məbləğində ziyan dəyib. Faktla əlaqədar inzibati qaydada akt tərtib olunub və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə görə Stansiyanın rəisi Əbil Əbilov vəzifəli şəxs qismində 3000 manat cərimə olunub.
Digər xüsusatlarla bağlı araşdırma davam etdirilir.