Müharibədə əlil olan şəxslərin yenidən müayinəsinin səbəbi AÇIQLANDI
Hərbi səbəblərdən sağlamlığına zərər dəyən şəxslərin əlilliyinin müəyyən edilməsi ilə bağlı yenidən əyani müayinələrin həyata keçirilməsində məqsəd sui-istifadə hallarının qarşısını almaqdır.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova məlumat verib.
O bildirib ki, bu şəxslər üçün xüsusi imtiyazlar olduğu üçün qurum əlillik dərəcələrinin düzgün verilməsinə çalışır:
“Həmin müayinələr zamanı hiperdiaqnostikaya yol verildiyi görülür. Ya da şəhadətnamədə qeyd olunan diaqnozla vətəndaşın əlillik diaqnozu fərqli olur. Aparılan müayinələr açıq şəkildə keçirilir və nəticələr şəffaf formada elan edilir. Odur ki, məqsədimiz əlillik dərəcələrinin düzgün qiymətləndirilməsi və verilməsidir”.
Könül Cəfərli