Zəruri qayda və tələbləri pozan 29 sahibkarlıq subyekti cərimələnib
- 8-05-2021, 20:57
- Cəmiyyət
İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə mayın 6-də növbəti monitorinqlər keçirib.
Bu barədə Oxu.Az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, monitorinqlər zamanı Binəqədi rayonunda “Havalandırma mağazası”nda, Nizami rayonunda Həşim Əhmədova məxsus pərakəndə ticarət obyektində, Suraxanı rayonunda Sahib Həsənova məxsus ərzaq mağazasında, Yasamal rayonunda Ceyhun Xəlilova məxsus ayaqqabı mağazasında, Gəncə şəhərində “Dəhliz geyim mağazası”nda, “Univermaq şopping”də, Sumqayıt şəhərində “Uşaq hədiyyələri mağazası”nda, “Mebel mağazası Aysu”da, “Caspi computer”də, “Diana market”də, “Mağaza Ramiz”də, “Ramal market”də, "Elit tikinti materialları mağazası”nda, "Yazı düzü istilik sistemləri mağazası”nda, ümumilikdə 29 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.
Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.