azadses.az » Cəmiyyət » Bu şəxslərin sərbəst hərəkətinə icazə verilir - SİYAHI

Bu şəxslərin sərbəst hərəkətinə icazə verilir - SİYAHI

Sərtləşdirilmiş xüsusi karantin rejimi müddəti dövründə bəzi sahələrin fəaliyyətinə icazə veriləcək.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bu Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” qərarına əsasən, Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə aşağıdakı sahələr üzrə fəaliyyətə icazə verilir:
 
1. Səhiyyə və sosial xidmət sahələri üzrə:
 
- elmi-tədqiqat və laborator xidmətləri;
 
- xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər;
 
- baytarlıq xidmətləri;
 
- tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı;
 
- sosial xidmətlər;
 
- əqli və hissiyyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti.
 
2. İnfrastruktur sahəsi üzrə:
 
- kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, enerji paylanması);
 
- elektrik enerjisinin istehsalı və təchizatı;
 
- su təchizatı və meliorasiya;
 
- telekommunikasiya və rabitə xidmətləri.
 
3. Nəqliyyat və logistika sahəsi üzrə:
 
- hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları;
 
- dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri;
 
- logistika xidmətləri; 3.4. ictimai nəqliyyat və taksi xidmətləri.
 
4. Əsas istehsalat sahələri üzrə:
 
- müdafiə sənayesi məhsullarının istehsalı;
 
- maşınqayırma sənayesi üzrə fəaliyyət;
 
- neft avadanlıqları və qurğularının istehsalı;
 
- qida məhsullarının və onlar üçün xammalın istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanması və topdan satışı;
 
- gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;
 
- kimyəvi məhsulların istehsalı;
 
- kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti;
 
- əkinçilik və məhsul yığımı
 
- neft və qazın hasilatı, emalı, saxlanması və satışı;
 
- neft və qazın boru kəmərləri vasitəsi ilə ötürülməsi;
 
- metallurgiya sənayesi üzrə fəaliyyət;
 
- tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;
 
- mühəndislik və layihələndirmə xidmətləri;
 
- mülki və sənaye təyinatlı bina və qurğuların, yolların tikintisi və təmiri;
 
- qablaşdırma məhsullarının istehsalı;
 
- daş, metal və taxta məhsullarının istehsalı;
 
- mebel istehsalı və təmiri;
 
- diri heyvanların kəsimi.
 
5. Pərakəndə və topdan satış üzrə:
 
- ərzaq mağazaları (supermaketlər, bazarlar);
 
- apteklər;
 
- yanacaqdoldurma məntəqələri;
 
- Azərbaycan Respublikasının ərazisində bütün ticarət obyektləri (nəzdində ərzaq mağazası və apteklər istisna olmaqla) tərəfindən yalnız çatdırılma xidmətinin göstərilməsi (və ya onlayn satış);
 
- Azərbaycan Respublikasının ərazisində ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yalnız çatdırılma xidmətlərinin göstərilməsi (və ya onlayn satış).
 
6. Məişət xidmətləri üzrə:
 
- məişət tullantılarının yığılması və utilizasiyası;
 
- poçt xidmətləri;
 
- kimyəvi təmizləmə;
 
- mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;
 
- avtomobillərin təmiri; 6.6. avtomobil yuyulma məntəqələri;
 
- heyvan sığınacaqları;
 
7. Kütləvi informasiya vasitələri.
 
8. Maliyyə təşkilatları üzrə:
 
- banklar və bank olmayan kredit təşkilatları, lombardlar;
 
- investisiya şirkətləri, fond birjaları;
 
- sığorta təşkilatları;
 
- ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar.
 
9. Xüsusi xidmət növləri üzrə:
 
- çatdırılma xidmətləri;
 
- məişət avadanlıqlarının, kompüter və mobil cihazların təmiri;
 
- dezinfeksiya xidmətləri.
 
10. Vəkillik fəaliyyəti.
 
11. Otellərin fəaliyyəti.
 
12. Tamaşaçıların iştirakı olmadan açıq havada rəsmi idman yarışlarının keçirilməsi, habelə beynəlxalq idman yarışlarına hazırlıq üzrə tədbirlərin təşkili.
 
Qeyd edək ki, bu sahələrdə fəaliyyətinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs və onun işçilərinin fəaliyyətinə məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol veriləcək.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Digahda avtomobillə vurulan piyada xəstəxanada ölüb
  2. Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib
  3. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  4. Binədə yolu keçən qadını avtomobil vurub
  5. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  6. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  7. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  8. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  9. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  10. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?