Şou əhli qiymətləri açıqladı: Karantindən sonra toylara neçəyə gedəcəklər?
Axşam.az xəbər verir ki, sənət adamları məclislərin tam və yarım saatlıq toy qiymətlərini açıqlayıblar.
Əməkdar artist Elnarə Abdullayeva yarım saat üçün 3000-3500 manata getdiyini söyləyib.
Müğənni Bahar Lətifqızı bütün toyu əvvəl üç min manata apardığını, indi 2500 manata razılaşacağını deyib. O, endirim istəyəndə isə belə cavab verib:
“Karantində biz də çörək yeməmişik. Endirim edirik, əvvəl 3000 manat idi, indi 2500 manat. Əvvəl yarım saatı 1500 manat idi, indi endirim edirik”.
Müğənni Əlikram Bayramov isə ansamblla 2500, tək isə 1500 manata toy apardığını söyləyib.
Müğənni Rəvan Qarayev isə “Toylar başlasın, endirimə problem yoxdur. Yarıya qədər endirim edərəm” sözlərini söyləyib.
Müğənni Səyyad Əlizadə: “Ansamblla birlikdə 5-6 min manatdır. Tək isə yarımsaatlıq 1500 manatdır. Toylar dəqiqləşsin, endirim olacaq. Ansamblla 5 min manata gələ bilərəm. Dəqiq olsa, yarım saatı da 1200-1300 manat edərik”,- deyə cavab verib.
Müğənni Afət Fərmanqızı isə bütün toyu 5 min manata apardığını vurğulayıb. O bildirib ki, hazırda 40-a yaxın toyun behini alıb. İfaçı pandemiyaya görə endirim də edəcəyini bildirib.