Kollec direktoru tələbələrdən üzr istəyib və cəzalandırılıb
- 19-02-2021, 13:51
- Cəmiyyət
Sosial mediada Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tabeliyində fəaliyyət göstərən Bakı Humanitar Kollecinin direktoru Nərmin Qaralovaya aid olunan səs yazısı yayılıb.
ADMİU-dan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı məsələ universitet rəhbərliyi tərəfindən araşdırılıb və kollec direktorundan izahat alınıb:
"Müəyyən olunub ki, qeyd olunan səs yazısı kollecin məsafədən təşkil olunan imtahanlarından biri zamanı yazılıb və burada kontekstdən çıxarılıb. Bununla belə, kollec direktoru onlayn imtahan zamanı işlətdiyi ifadəyə görə tələbələrdən üzr istəyib. Kollec direktoru ilə bağlı inzibati tənbeh tədbiri görülüb".
Qeyd edək ki, distant formada keçirilən imtahan zamanı ADMİU nəzdində Humanitar Kollecin direktoru Nərmin Qaralovanın xanım tələbəni xoşagəlməz ifadə ilə təqdim etməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Direktor isə "Report"a açıqlamasında tələbəni təhqir etmədiyini deyib: "Çox təəssüf edirəm ki, ifadə etdiyim o sözün ölkəmizdə yayılmış mənasını bu yaşımda öyrənirəm. Çünki mən o ifadəni tamam başqa mənada bilirəm. Axı, həmin sözün başqa mənası da var. Ona görə də o ifadədən təhqir kimi istifadə etməmişəm. Qədim Yunanıstanda filosoflar, pedaqoqlar tələbələrə dərs keçən zaman məkanın işıqlandırılması üçün orada tələbələrdən biri şam yandırıb tuturmuş. Bu, elektrik enerjisinin olmadığı bir zamanda qədim Yunanıstanda bir ənənə olub. Bu prosesdə dərs keçirilən məkanın işıqlandırılması üçün əlində şam tutan tələbənin ən əsas etibarlı olması vacib olub. Mən də o ifadədən bu mənada istifadə etmişəm.