Azərbaycanda COVID-19 vaksinin 2-ci dozasının vurulmasına başlanılıb
- 15-02-2021, 11:52
- Cəmiyyət
"Bu gün Azərbaycanda vaksinasiya tədbirlərinə başlanılmasından 28 gün keçir. Bu müddət ərzində bütün səhiyyə işçiləri, kollektivimiz vaksinasiya tədbirlərinə cəlb olunublar".
''Azad Səs'' "Report"-a istinadən xəbər verir ki, bunu Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov deyib.
Onun sözlərinə görə, əhalinin müxtəlif qruplarından vaksinasiya olunmaq istəyi ilə xəstəxanaya kifayət qədər müraciət daxil olub: "Vaksinasiya tədbirləri aidiyyəti qurumlar tərəfindən xüsusi yaş qrupları, peşə, ixtisas və iş yerlərinə görə qruplaşdırılıb. Xəstəxanada Azərbaycanda akkreditasiya olunmuş 23 ölkənin səfirliyinin, 14 beynəlxalq təşkilatın üzvlərinə və burdakı nümayəndələrinə vaksinasiya həyata keçirlib. Onlar da çox həvəslə vaksinasiyada iştirak edirlər. Bu müddət ərzində heç bir ciddi əks-təsir və reaksiya qeydə alınmayıb".
O bildirib ki, bu gün pandemiyadan yeganə çıxış yolu vaksinasiyadır: "Azərbaycan da vaksinasiyanı həyata keçirən ölkələr arasında ön sıralardadır. İcraçı direktorun sözlərinə görə, bu gündən xəstəxananın bəzi əməkdaşlarına vaksinin ikinci dozasının vurulmasına başlanılıb. Yanvarın 18-də xəstəxanada ilk dozanı vurduran rəsmi şəxslər bu gün ikinci dozanı vurduracaqlar. Bu gün Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı da vaksin vurdurdu. Bu, onu göstərir ki, bütün tibb işçiləri də, dünya təşkilatları da bu vaksinasiyanın tərəfdarıdırlar. Vaksinasiya tədbirləri Azərbaycanda kifayət qədər geniş vüsət alıb".