azadses.az » Cəmiyyət » ÜST Şamaxıda səhiyyə xidmətlərinin gücləndirilməsi istiqamətində fəaliyyətə başladı

ÜST Şamaxıda səhiyyə xidmətlərinin gücləndirilməsi istiqamətində fəaliyyətə başladı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Şamaxı rayonunda ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi məqsədilə “PROACT-Qayğı” layihəsinə başlayıb.
 
''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, UST-ün Azərbaycandakı Nümayəndəliyindən verilən məlumata görə, “PROACT-Qayğı” layihəsinin əsas tərəfdaşlarının bir yerə toplaşdığı açılış tədbiri ilə Şamaxı rayonunda layihənin icrasına başlanılıb.
 
“PROACT-Qayğı” COVID-19 kontekstində zəruri səhiyyə xidmətlərinin göstərilməsində yarana biləcək kəsintilərin qarşısını almaq üçün ilkin səhiyyə sisteminin gücləndirilməsi məqsədi daşıyır. Həmçinin, layihə Azərbaycan üçün məqsədəuyğun ilkin səhiyyə sistemi modelinin yaradılmasını nəzərdə tutur ki, bu model genişləndirilərək ölkənin digər ərazilərində də tətbiq edilə bilər. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Nümayəndəliyi tərəfindən həyata keçirilən layihə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), Böyük Britaniyanın “Ukaid”, Rumıniyanın “RoAid” təşkilatları və “UHC-Əməkdaşlıq” təşəbbüsü (ÜST-nin tərəfdaşları ilə ortaq layihəsi) tərəfindən maliyyələşdirilir. ÜST-nin Azərbaycandakı Nümayəndəliyi layihənin icra olunmasında Şamaxı Rayon İcra Hakimiyyəti, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Heydər Əliyev Fondu, UNICEF və BMT-nin Əhali Fondu ilə tərəfdaşlıq edir.
 
“Səhiyyə işçilərimiz ağır pandemiya şəraitində öz  vacib missiyalarını həyata keçirmək üçün  daima bilik və bacarıqlarını inkişaf etdirməyə çalışır. Biz də çalışırıq kı, bu prosesdə onlara hərtərəfli dəstək olaq. Bu gün bu dəstəyə görə buraya toplaşmış hər kəsə Şamaxı səhiyyə işçiləri adından dərin təşəkkürümü bildirirəm” deyə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov bildirib. O, həmçinin, Şamaxıda pandemiyaya qarşı mübarizdə istifadə ediləcək geo-analitik səhiyyə xəritəsini təqdim edib və bildirib ki, “Rayon ərazisindəki tibb müəssisələri və oradakı bütün xidmətlər sistemləşdirilərək elektron xəritə üzərinə köçürülüb. Bu xəritə vasitəsilə məlumatlar vizuallaşdırılır və mövcud vəziyyətlə bağlı hesabatlar əldə edilir. Həmçinin COVID-19-a yoluxma və vaksinləşmə ilə bağlı ən son məlumatlar xəritə üzərində görüntülənir.”
 
“USAID Azərbaycanda ilkin səhiyyənin gücləndirilməsi və səhiyyə işçiləri üçün təlim layihələrini dəstəkləməkdən qürur hissi keçirir. Səhiyyə işçiləri COVID-19-a qarşı mübarizənin ön cəbhəsində dayanırlar. Bu, həkimlər, tibb bacıları və qardaşları və digər səhiyyə işçilərinin bizim gündəlik həyatımızda, eləcə də iqtisadi inkişafın təmin edilməsində nə qədər vacib rol oynadıqlarını sübut edir,” USAID-nin Azərbaycandakı missiya direktoru Dr. Cey Sinqx bildirib. O, həmçinin, əlavə edib ki, ABŞ hökuməti pandemiyanın sonlandırılması üçün Azərbaycan hökuməti ilə birgə çalışmağa davam edəcəkdir.
 
“PROACT-Qayğı” layihəsi vasitəsilə Şamaxı əhalisi ixtisaslı heyət tərəfindən təmin edilən və diaqnostika və müalicə üçün gərəkli müasir avadanlıqla təchiz edilmiş keyfiyyətli ilkin səhiyyə xidmətinə çıxış əldə edəcək,” deyə ÜST-nin Azərbaycandakı Nümayəndəsi Dr Hande Harmancı qeyd edib. O bildirib ki, layihənin Şamaxıda yaratmağa çalışdığı güclü ilkin səhiyyə xidməti insanların daha uzun və daha sağlam həyat yaşamasına, səhiyyə xərclərinin aşağı düşməsinə, səhiyyəyə ayrılan vəsaitin optimallaşdırılmasına və iqtisadi məhsuldarlığın artmasına gətirib çıxaracaq.
 
UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbər müavini Min Yuan bildirib ki, “UNİCEF ÜST-lə əməkdaşlıqda Azərbaycanda ilkin səhiyyə sisteminin vacib komponenti olan ana və uşaq sağlamlığının yaxşılaşdırılması üçün “PROACT-Qayğı” layihəsinə töhfə verəcək.” O söyləyib ki, ilkin səhiyyədə ana və uşaq sağlamlığı və qidalanma ilə bağlı zəruri səhiyyə xidmətlərinin göstərilməsi sahəsində yerli səhiyyə işçilərinin bilik və bacarıqlarının artırılması üçün UNICEF-in mövcud təlim paketləri Şamaxı səhiyyə işçilərinə təqdim ediləcək.
 
Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri və Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Soltan Məmmədov “PROACT-Qayğı” layihəsinin tərəfdaşlarına Şamaxıda bu layihənin həyata keçirilməsi üçün təşəkkürünü bildirib və layihənin Azərbaycanın digər rayonlarında da tətbiq edilməsinə dəstəyini ifadə edib. O qeyd edib ki, Heydər Əliyev Fondu artıq Şamaxıda bir sıra ilkin səhiyyə müəssisələri inşa edib və fond ilkin səhiyyənin gücləndirilməsi ilə bağlı təşəbbüsləri dəstəkləməyə davam edəcək.
 
Tədbir iştirakçıları cari ilin 4 fevralından etibarən yerli tibb işçilərinə təlim keçməyə başlayan Şamaxı Təlim Mərkəzini də ziyarət edib. USAID-in maliyyə və ÜST-nin texniki dəstəyi ilə UNICEF tərəfindən həyata keçirilən “PROACT-Təlim” layihəsi çərçivəsində yaradılan mərkəz 15 maya qədər Şamaxı və ətraf rayonlardan olan 400-ə qədər tibb işçisinə ilkin səhiyyə xidmətləri və COVID-19-a cavab tədbirləri sahəsində təlim keçəcək. Təlim mərkəzi daha sonra Şamaxı Mərkəzi Rayon Xəstəxanası nəzdində yerli təlim qurumu kimi fəaliyyətini davam etdirəcək.
 
“PROACT-Qayğı” layihəsinin tərəfdaşları həmçinin Çarhan və Quşçu kəndlərindəki kənd həkim məntəqələrinə baş çəkib. Bu kəndlərdə yerli tibb işçiləri və əhali ilə tanış olmaq imkanı əldə edən layihə tərəfdaşları onlarlarla ilkin səhiyyə sahəsindəki ehtiyaclarını müzakirə edib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?