azadses.az » Cəmiyyət » Tanınmış seysmoloqdan SOS: Bu binalardan xəbərsizik

Tanınmış seysmoloqdan SOS: Bu binalardan xəbərsizik

Son zamanlar regionda yeraltı təkanların sayı, gücü və intensivliyi artıb. Azərbaycan, Türkiyə, Ermənistan, İranda bir-birinin ardınca zəlzələlər baş verir. Elə ötən gün də Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin verdiyi xəbərə görə, yeraltı təkanlar Kastamonuda 4,7 bal gücündə qeydə alınıb.

Fevralın 5-də isə Ermənistan ərazisində baş verən zəlzələ Azərbaycanda da hiss olunub. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında Qazax, Tovuz, Gədəbəy, Gəncə, Şahbuzda 5-4 bal, digər rayonlarda isə 4-3 bal gücündə hiss olunub.

Son dövrlər yerin daxili qatında baş verən dəyişikliklər nə ilə bağlıdır, bu intensivliyi artıran səbəblər nədir? Yeraltı təkanlar digər sualları da meydana gətirib. Ən çox zəlzələ ehtimalı olan ərazilər harda, hansı ölkədədir? Bəs görəsən, Bakıdakı çoxmərtəbəli binaların seysmoloji davamlılğını necə qiymətləndirmək olar? Paytaxtda ən çox neçə mərtəbəli bina tikmək olar?

''Azad Səs'' Axar.az-a istinadən xəbər verir ki, bu və digər suallarla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Musavat.com-a danışıb:

“Əsas öz ərazimizdən danışaq - Azərbaycandan. Zəlzələlər çoxalıb, aktivlik artıb deyirlər. Aktivlik var düzdür, mən onu inkar etmirəm. Hər gün olur, bir sutka ərzində, məsələn, axşam saat 9-dan səhər saat 9-a kimi 37 təkan olub. Onların içərisində hiss olunanları da olur. Ermənistanda, Türkiyədə baş verən zəlzələrə gəldikdə isə, bu ölkələr seysmoaktiv bölgədə yerləşirlər, burda zəlzələlər olmalıdır. Düzdür, Türkiyədən fərqli olaraq Ermənistanda tektonik dərinlik qırılmaları çox aktivdir. Bizdə də elə aktivlər var, bizim bölgə üçün ən çox təkanlar Şamaxı bölgəsində olur. Digər bölgələrə nisbətən burda o qırılmalar daha aktivdir. Düzdür, Talış, Xəzər ərazisində də tez-tez olur, orda da aktivdir. Amma ümumiyyətlə zəlzələlər olmalıdır. Hər hansı periodda region üzrə, İranda da, Türkiyədə də, Ermənistanda da, Gürcüstanda da, Azərbaycanda da aktivləşmə gedir. Aktivləşmə bölgələrində müəyyən tsikl gedir, təkanların sayı da çoxalır”.

Q.Yetirmişli Bakıda çoxmərtəbəli binaların zəlzələyə davamlı olub-olmaması məsələsinə münasibət bildirib:

“Bakıda intensiv tikintilər aparılır, təbii ki, bu tikintilərin layihələndirilməsindən öncə individual yanaşıb, onun seymsik bala uyğunluğunu müəyyən etmək lazımdır. Çünki Bakı ərazisi, Abşeron yarımadası geoloji quruluş nöqteyi-nəzərindən çox mürəkkəbdir. Burda layların yatımı, quruluşların səviyyəsi, laylarda pozulmalar- qırılıb düşmə, qırılıb qalxma, sürüşmələrin, qırılmaların olması yoxlanmalıdır, təpəliyi, dərəsi var, müəyyən böyük bucaq altında ərazilər var - burda tikinti aparmaq olmaz. Dünya praktikasında da, baş verən zəlzələlər göstərir ki, hər geoloji quruluşu mürəkkəb olan ərazidə ayrıca hər bina altında tədqiqat aparıb, orda hesabat açıqlanmalıdır. Bütün bunlar binanın layihələndirilməsindən öncə təqdim olunmalıdır. Heç uzağa getməyək, qardaş ölkə Türkiyədə dalbadal baş verən zəlzələlərdə eyni layihələndirilmiş binaların arasında eyni mərtəbəli, eyni quruluşlu binaların arasında bir bina darmadağın olmuşdu. Niyə? Çünki dalğanın təsiri mürəkkəb quruluşa malik olan bina altında özünü başqa cür göstərib. Çünki evləri layihələndirən zaman eyni layihələndirmə aparıblar. Bu düzgün fikir deyil. Mən bunu türklərə də demişəm, razılaşıblar. Digər konfranslarda da fikrimi söyləmişəm”.

Mərkəz direktoru “Azərbaycanda hündür binalar tikilərkən Mərkəzin rəyi verilirmi, sizə müraciət olunurmu” sualını da cavablandırıb:

“Son vaxtlar heç kim bizimlə maraqlanmır. Bilmirəm, hazırda evləri hansı təşkilat tikir, hansı firma, hansı MMC tikinti işləri aparır. Özləri bilər. Əvvəllər maraqlanırdılar, son vaxtlar maraqlanmırlar, heç bilmirəm hazırda tikinti işləri gedirmi?! Biz əvvəllər rəsmi olaraq tədqiqat aparıb, hesabat verirdik. Binanın davamlığı maksimal neçə bala qədər ola bilər, onu biz göstərib hesabatda verirdik.

O ki qaldı bizdə binaların neçə mərtəbədən ibarət ola bilməsinə, əgər bütün normalara riayət olunarsa, konstruktiv elementlər nəzərə alınarsa, əlbəttə çoxmərtəbəli bina tikmək olar. Burda sütunların ölçüləri, bünövrənin necə qoyulmağından asılıdır, layihəçilər bilirilər ki, hansı ballıq zəlzələ üçün hansı tikinti elementlərindən istifadə etmək lazımdır. Bunlar yerində olsa, lap 60 mərtəbəli bina da tikmək olar. Onun heç bir problemi yoxdur".
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?