Azərbaycanda məzunlara veriləcək onlayn diplomlarla bağlı AÇIQLAMA
- 11-02-2021, 13:51
- Cəmiyyət
Azərbaycanda ali məktəb diplomlarının verilmə prosesinin elektronlaşdırılması, bununla da diplomların daha sürətli şəkildə yerlərə çatdırılması və məzunlara təqdim olunması prosesi üzərində iş gedir.
İndi tələbələri maraqlandıran bir sual var: diplomlar kağız formasında olacaq, yoxsa sadəcə online formada?
Təhsil eksperti Kamran Əsədov Modern.az-a bildirib ki, “Təhsil haqqında” qanuna dəyişiklidən sonra dövlət nümunəvi sənədlərin verilməsinin formatı dəyişdirilib:
"Məsələ ondan ibarətdir ki, bu günə qədər hər kəsə kağız daşıyıcılar üzərində olan diplomlar verilirdi və bəzi problemlər yaranırdı. Əsas problem isə diplomu itirmək və ya yararsız hala gələ bilməsi idi. Son 5 il ərzində 3 mindən çox məzun diplomunu itirib və ya yararsız vəziyyətə salıb. Bu cür hallarda diplomun təkrar dublkatı alınmalıdır və buna sadəcə bir dəfə icazə verilir. İkinci problem isə saxta diplomların hazırlana bilməsidir. Elektronlaşmadan sonra bu vəziyyətlə qarşılaşmayacağıq. Həmçinin, hansısa ölkəyə getdiyimiz zaman və ya işə qəbul olunmaq istədiyimiz vaxt diplomu təsdiqlətmək məcburiyyətində qalırdıqsa, artıq buna ehtiyac olmayacaq. Təhsilin mərkəzləşmiş informasiya sistemində (TEAMS) hər bir şəxsin identifikasiya kodu olacaq və bu kod vasitəsi ilə sistemə daxil olub bütün məlumatları əldə edəcəklər".
Ekspert qeyd edib ki, elektron xidmətin əsas vəzifəsi əlçatanlığın və təhlükəsizliyin təmin edilməsidir.
"Bundan sonra təhsilini bitirən hamı diploma bərabər tutulan sertifikat alacaq, amma bu, əvvəlki formatda olmayacaq. Diplom yalnız bir səhifə olacaq və orada tələbənin hansı ixtisası bitirməsi, nə qədər kredit toplaması ilə bağlı məlumatlar yazılacaq. Qiymətlər və digər məsələlər isə portalda yerləşdiriləcək. Bu, kifayət qədər orjinal variantdır".