azadses.az » Cəmiyyət » 750 milyon sərvəti olan icra başçısının həzin sonu - Abdin Fərzəliyev “vuruldu”

750 milyon sərvəti olan icra başçısının həzin sonu - Abdin Fərzəliyev “vuruldu”

Nərimanov Rayon İcra Hakimiyyətinin icra başçısı Abdin Fərzəliyev Azərbaycanın ən varlı rayon rəhbərlərindən hesab edilir.

''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, Abdin Fərzəliyev 2005-ci ildən Nərimanov rayonuna rəhbərlik edir. 18 ildir icra başçısı olan cənab Fərzəliyevin bu müddət ərzində topdağıtmaz sərvətə sahib olduğu iddia olunur.

Abdin Fərzəliyev həm də Prezidentin keçmiş köməkçisi Əli Həsənov və Prezident Admnistrasiyasının rəhbəri Ramiz Mehdiyevə yaxın şəxs kimi tanınır. Təsadüfi deyil ki, icra başçısı hakim Yeni Azərbaycan Partiyasında (YAP) Əli Həsənovun müavini vəzifəsində çalışıb. Siyasi Şuranın üzvü olan Abdin Fərzəliyev həm də 2014-cü ildən YAP-da Partiyalararası əlaqələr və dialoq komissiyasının sədr müavinidir. Komissiyanın sədri isə Əli Həsənovdur.

İddialara görə, zaman-zaman qanunsuz əməlləri ilə gündəmə gələn Abdin Fərzəliyevin indiyə qədər vəzifədə qalması Həsənov-Mehdiyev tandeminin səyi nəticəsində olub. Amma artıq icra başçısının himayədarları əvvəlki təsir imkanlarını itirib. İndi Əli Həsənov və Ramiz Mehdiyev iqtidar komandasının arzuedilməz şəxsləri hesab edilir. Hətta Həsənovun həbsi məsələsi gündəmdədir.

Dayaqları sarsılan Abdin Fərzəliyevin də, nəhayət, vəzifəsindən uzaqlaşdırılacağı gözlənilir. Əslində, icra başçılarının yenilənməsi prosesində onun da görəvindən alınacağı deyilirdi. Amma cənab Fərzəliyev bu dalğada özünü qoruya bilib.

Prezident İlham Əliyevin AzTV-yə müsahibəsi zamanı yüksək vəzifəli, idarəetməyə əhəmiyyətli təsirləri olan oliqarxa çevrilmiş məmurları sərt tənqid etməsi, artıq növbəti mərəhələdə Fərzəliyev və onun kimi çinovniklərin heç bir halda sudan quru çıxa bilməyəcəklərini göstərir.

Ona görə də son vaxtlar kadr dəyişiklikləri barədə ictimai müzakirələrdə Nərimanovun da rəhbərliyinin dəyişəcəyi bildirilir.

Fərzəliyevin hətta Nizaməddin Quliyev, Mahir Quliyev və həbs edilən digər icra başçılarının taleyini yaşaya biləcəyi də istisna edilmir. Bunun üçün ciddi əsaslar da var.

Media üzərindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, Avropada Azərbaycan Prezidenti əleyhinə müxalifətin formalaşmasının əsas sponsorlarından biri də Abdin Fərzəliyev olub. Xüsusilə İngiltərədən Azərbaycan hakimiyyətinə qarşı nifrət püskürən Qurban Məmmədovun Nərimanov rayonunda sahib olduğu ev və mülklərinin əldə olunmasında Abdin Fərzəliyev rol oynayıb.

Abdin Fərzəliyevin bütün karyerasının Ramiz Mehdiyev və Əli Həsənovun protejesində keçirməsi danılmaz faktdır. Gülər Əhmədova – Ramiz Mehdiyev – Elşad Abdullayev qalmaqalı zamanı öz mövqelərinin zəiflədiyini görən Ramiz Mehdiyev Abdin Fərzəliyevi (özünün ailə kassasını) qorumaq üçün razılaşdırılmış oyun qurur. Bu oyuna əsasən, sanki onların arasında münasibətlərin pozulması ictimai rəyə təqdim edilir. Bu dövrdə Abdin Fərzəliyevi qorumaq missiyasını Əli Həsənov həyata keçirir. Lakin Gülər Əhmədova qalmaqalı səngiyəndən dərhal sonra Ramiz Mehdiyevlə Abdin Fərzəliyev kölgədən çıxırlar. Bu şəxslərin maraqlarının həm siyasi, həm də kommersiya prinsipləri əsasında birləşməsi dəfələrlə mətbuatın diqqətindən yayınmayıb:

Abdin Fərzəliyev vəzifəsini qorumaq üçün özünü cəmiyyətə Heydər Əliyev ideyalarının təbliğatçısı kimi təqdim etmək istəsə də, o, son zamanlarda mətbuatın yaddaşında Heydər Əliyevin 90 illiyində salınmış parkın dağıdılıb, yerində obyekt tikməyə sərəncam verən icra başçısı kimi qalıb.

Prezident İlham Əliyev yeni icra başçılarını təyin edərkən məmurlara verdiyi mesajlardan biri də kadr seçərkən qohumbazlığa yol verməmək, nepotizmdən uzaq olmaq, sadə olmaq, peşəkar xüsusiyyətləri ön plana çəkməkdir.

Nərimanov Rayon İcra Hakimiyyəti isə sanki şəxsi təsərrüfatdır. Belə ki, Abdin Fərzliyevin təyin etdiyi kadrlar ya onun qohumları, ya da dostlarıdır:

1) Müavin İlqar Mirzəyev – Başçının qohumu (Fövqəladə Hallar Nazirinin müavini Etibar Mirzəyevin qardaşı)
2) Müavin İradə Mahmudova – Başçının şəxsi təqdimatı ilə işə götürülüb. Onun işə götürülməsi üçün öz peşəkarlığı və işgüzarlığı ilə karyerada yüksəlmiş Rəşid Ağayev işindən azad edilmişdir.
3) Hüquq şöbəsi müdiri Firdovsi Cəlilov – Başçının qohumu
4) Rayon təsərrüfatı şöbəsinin müdiri Hüseyn Cəfərov – Başçının qohumu
5) Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Yusif Sadıqov – Başçının qohumu
6) Gənclər və idman şöbəsinin müdiri Nəcəf Novruzov – Başçının kirvəsi olan Siyavuş Novruzovun qardaşı oğlu
7) İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nurlan Həsənov – Başçının yaxın qohumu və rayonun “qara kassası”dır. Başçının torpaq və əmlak satışı, tikintiyə icazə, o cümlədən bütün kommersiya fəaliyyətini tənzimləyən inanılmış adamıdır. Qeyd edilən fəaliyyətlərin qiymətinin müəyyənləşməsi və ödənişlərin qəbul edilməsi səlahiyyəti də bu şəxsə aiddir.
8) İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Zahid Nəzərov – Başçının qohumu
MKTB rəisi Qoşqar Məmmədov – Başçının qohumu və iş ortağı
9) 1 saylı ərazi dairəsi üzrə nümayəndə Natiq Babayev – Başçının qohumu
10) 2 saylı ərazi dairəsi üzrə nümayəndə Nürəddin Abbasov – Başçının qohumu
11) 3 saylı ərazi dairəsi üzrə nümayəndə Elmar Abbasov – Başçının qohumu
12) Bələdiyyə sədri və müavinləri – Başçının ailə üzvləri

Mediada yayılan məlumatlara görə, Nərimanov rayonununa total nəzarətinə keçirmək üçün Abdin Fərzəliyevə kart blanş təmin olunub. Bunun səbəbləri aşağıdakılardır:

– Maliyyə mənbələri yaratmaq və inkişaf etdirmək
– Tövsiyyə edilən şəxslərə torpaq sahələri ayırmaq
– Tövsiyyə edilən şəxslərə qeyri-yaşayış sahələri hədiyyə etmək
– Tövsiyyə edilən şəxslərə mənzillər hədiyyə etmək
– Tövsiyyə edilən şəxslərə mülklər özəlləşdirərək hədiyyə etmək.

Qeyd edilənlərlə kifayətlənməyərək Abdin Fərzəliyev hədiyyə qismində parklara və təhsil ocaqlarına üz tutur. Məsələn: Dövlət əmlakının reyestr sənədləri sübut edir ki, Nərimanov rayonunda, T.Şıxəliyev küçəsi 19 ünvanında fəaliyyət göstərmiş Bakı Humanitar Kolleci və ona qonşu olan 50 sot park ərazisi Abdin Fərzəliyev tərəfindən özəlləşdirilərək Ramiz Mehdiyevə hədiyyə edilib.

Eyni zamanda, nəğd vəsaitin toplanması üçün Əli Həsənov Abdin Fərzəliyevə geniş imkanlar yaradıb, nəticədə qəbristanlıq ərazilərinin satılması zamanı bir sıra torpaqları Prezidentin İctimai-Siyasi şöbəsinin rəhbərinə hədiyyə edib.

Abdin Fərzəliyevin təkcə Əhməd Rəcəbli küçəsi və ona paralel küçələrdə yerləşən torpaq sahələrinin satışından 1.5 milyard manatdan çox vəsaiti mənimsəməsi mətbuatda qeyd edilib.

Abdin Fərzəliyev dəfələrlə iddia edib ki, o, topladığı vəsaitin bir hissəsini Rusiyanın Həştərxan vilayətinin abadlığına xərcləyib. Reallıq isə belədir ki, Nərimanovda toplanan yüz milyonlarla manat maliyyə vəsaitinin ölkə xaricinə çıxarılması üçün Həştərxandakı layihələr sadəcə koridor olaraq istifadə edilib.

Nəticədə isə Əli Həsənov “beşinci kolon”u maliyyələşdirib və eyni zamanda, özləri zənginləşib. Başçı və qohumları isə oliqarxa çevrilib. Bu gün Əli Həsənovun ümumi (ölkə daxili və xarici) varidatı orta hesabla görə 400 mln.dollar ətrafında olduğu halda, Abdin Fərzəliyevin xarici hesablarında olan vəsaitin 750 mln. dolları keçdiyi artıq sübüt edilib və müvafiq strukturlar artıq məsələ ilə bağlı araşdırmanı yekunlaşdırırlar. Vəsaitlərin böyük hissəsi Türkiyə, kiçik hissəsi Avropa banklarında saxlanılır.

Bundan əlavə cari xərclər üçün də müəyyən edilmiş sxem mövcud idi. Hər ay Abdin Fərzəliyev Əli Həsənova cari xərclərə 100 000 Avro vəsait göndərirdi. Həmin vəsaitin 20 000 Avro Belçikada yaşayan müxaliflərə (hər ailəyə 1000 euro), 30 000 Avro – Hollandiyaya, 30 000 Avro Fransaya və 20 000 dollar isə ABŞ-a göndərilirdi. Bu vəsaitlər həmin ölkələrdə yaşayan və mühacir həyatı sürən insanlara dəstək formasında verilirdi.

Buna görə sadə Nərimanov sakinləri bu gün sual edir ki, bu rayonda həllini gözləyən minlərlə problem olduğu halda, rayonun vəsaitləri hansı məntiqlə Həştərxan və digər istiqamətlərə xərclənməli idi?
Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, Bakının Nizami rayonunda yerləşən və Abdin Fərzəliyevə aid olan “Altun” restoranı uzun illər Əli Həsənov tərəfindən müntəzəm olaraq müxtəlif istiqamətli koordinasiya toplantıları üçün istifadə edilib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda 46 yaşlı qadın yol qəzasında xəsarət alıb
  2. Bakıda atasının avtomobilini qaçıran yeniyetmə qəza zamanı ölüb
  3. Bakıda 22 yaşlı sürücü yol qəzasında xəsarət alıb
  4. Digahda avtomobillə vurulan piyada xəstəxanada ölüb
  5. Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib
  6. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  7. Binədə yolu keçən qadını avtomobil vurub
  8. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  9. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  10. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?