azadses.az » Hadisə » Bakı metrosunun keçmiş rəisi vəfat etdi - FOTO

Bakı metrosunun keçmiş rəisi vəfat etdi - FOTO

“Bakı Metropoliteni” QSC-nin kollektivinə ağır itki üz verib. Metropolitenin veteranlarından biri, 1979-1987-ci illərdə Bakı metropoliteninin rəisi vəzifəsində çalışmış İqor Abbasoviç Xankişiyev yanvar ayının 6-da 82 yaşında vəfat edib.
 
Bu barədə Metropolitendən bildirilib.
 
İqor Xankişiyev 1939-cu il martın 17-də Bakıda anadan olub, 1968-ci ildə Azərbaycan Politexnik İnstitutunu teplovoz və teplovoz təsərrüfatı ixtisası üzrə bitirib. 1976-cı ildən metropolitenin baş mühəndisi, daha sonra rəisi vəzifələrində çalışıb. Həyatının 1987-2017-ci illəri əhatə edən dövrünü Bakıda yeraltı yolların tikintisinə həsr etmiş İqor Xankişiyev metro istismarı və inşaatında şərəfli əmək yolu keçib.
 
Metropolitenə rəhbərlik etdiyi 11 il ərzində Bakının yeraltı ictimai sərnişindaşıma nəqliyyatı SSRİ metropolitenləri arasında keçirilən sosializm yarışlarında dəfələrlə fərqlənərək, SSRİ Yollar Nazirliyi Baş Metropolitenlər İdarəsinin keçici Qırmızı bayraqlarına layiq görülüb. Həmin illərdə metropoliten sərnişinlərə xidmət mədəniyyətinin yüksəldilməsi, yeni texnologiyaların tətbiqi sahəsində yüksək nəticələrə nail olub. Hərəkətin təşkilində SAT-ALİ sisteminin təməli həmin illərdə qoyulub. Santexnika qurğularının idarə olunması üzrə “Lisna” və “Neptun” sistemlərinin, tunellərin korroziyadan mühafizəsi üzrə yeni maddələrin tətbiqi və digər texniki yeniliklər onun metroya rəhbərlik etdiyi illərə təsadüf edir.
 
Metro tikintisi sahəsində çalışdığı dövrlərdə “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin baş energetiki, aparıcı mühəndisi, sədr müavini vəzifələrində özünü bacarıqlı təşkilatçı kimi göstərən İqor Xankişiyev yüksək idarəçilik məharəti ilə fərqlənib.
 
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  27 fevral 2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən, Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti təsis edildikdən sonra İqor Xankişiyev 2017-ci il dekabr ayının 31-dək müəssisənin tikinti departamentinin rəisi vəzifəsində çalışıb.
 
İqor Xankişiyevin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilərək ona əməkdə göstərdiyi nailiyyətlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 aprel 2012-ci il tarixli Sərəncamı ilə “Əməkdar Mühəndis” fəxri adı verilmiş, ölkə başçısının 6 noyabr 2017-ci il tarixli Sərəncamı ilə o, Prezident təqaüdünə layiq görülüb. İqor Abbasoviç Xankişiyev həmçinin, “Fəxri dəmiryolçu” döş nişanı ilə də təltif edilib. 

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. 65 yaşlı kişini ilan sancdı
  2. Sumqayıtda mənzildə kişi meyiti tapılıb
  3. Bakıda iki avtomobil toqquşub, xəsarət alan var
  4. Bakıda 20 yaşlı qadın öldürülüb, qardaşı saxlanılıb - YENİLƏNİB
  5. Qaraçuxurda motosikletçi yol qəzasında xəsarət alan var
  6. Tərtərdə avtomobil beton maneəyə çırpılıb, gənc qız ağır yaralanıb
  7. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  8. Bakıda yol qəzası olub, xəsarət alan var
  9. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  10. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı