Azərbaycanda bütün uşaqlar koronavirusa yoluxacaq? - TƏBİB AÇIQLAMA YAYDI
- 1-02-2021, 08:47
- Cəmiyyət
TƏBİB "WhatsApp" vasitəsilə Azərbaycanda uşaqların kütləvi şəkildə koronavirusa yoluxması ilə bağlı yayılan səs yazısı ilə bağlı açıqlama yayıb.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, TƏBİB-dən daxil olan açıqlamada bildirilir ki, iddialara görə, koronavirusun müalicəsi üçün nəzərdə tutulan xəstəxanalar uşaqlar üçün çarpayılarla təchiz olunub.
Səs yazısında bildirilir ki, koronavirusun yeni ştammı daha çox uşaqlar arasında yayılır və ölümə səbəb olur: "Bununla əlaqədar bildiririk ki, Ümumdünya Səhiyyə Təşkilatının rəsmi açıqlamasına görə, yeni ştammın xəstəliyin ağırlıq dərəcəsinə təsir göstərməsi və bunun uşaqlar arasında daha geniş yayılmasına dair hər hansı fakt yoxdur. Yeni ştammın sadəcə yoluxmanın sürətini yüksəltməsi və bununla əlaqədar xəstə sayının artması istisna edilmir. Ümumiyyətlə, sözügedən ştamm ölkəmizdə hələ ki, qeydə alınmayıb".
Açıqlamada qeyd edilir ki, bu səbəbdən yayılan səs yazısı şayiə xarakterlidir və cəmiyyətdə ajiotaj yaratmaq məqsədi daşıdığına görə araşdırılması üçün aidiyyəti orqanlara təqdim olunub:
"Məlumat üçün qeyd edək ki, hazırda əhalinin sağlamlığının etibarlı qorunması və koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xəstəxanalarda müalicə prosesi sabit şəkildə davam edir.
Bu səbəbdən vətəndaşlarımızdan yalnız rəsmi məlumatlara inanmağı xahiş edir, ayrı-ayrı şəxslərdən isə cəmiyyətdə çaşqınlıq yaradan açıqlamalardan çəkinməyi tövsiyə edirik".