Vətən müharibəsində yaralanmış MAXE şəhid olub
Azərbaycan Ordusunun Vətən müharibəsində yaralanmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE) şəhid olub.
“Azad Səs”-in xəbərinə görə, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakini, 1997-ci il təvəllüdlü, MAXE Əliyev Azər Dilafət oğlu oktyabr ayının 15-i Xocavənd istiqamətində gedən döyüşlərdə başından ağır yaralanıb.
O, yanvarın 28-də müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
A.Əliyev bu gün Yuxarı Qiyaməddinli kəndində dəfn edilib.
Şəhidimiz ailəli idi, bir azyaşlı övladı var.
Allah rəhmət eləsin!