Şəhidlərin adları aid olduqları rayonlarda küçələrə VERİLƏCƏK?- AÇIQLAMA
- 14-01-2021, 10:52
- Cəmiyyət
Vətən müharibəsində adı əbədiləşdiriləcək şəhidlərimiz dillər əzbəri, könüllər sultanıdır. Hər gün onların həyat hekayələrinə saytlarda, sosial media hesablarında, səhifələrdə rast gəlirik.
İkinci Qarabağ müharibəsində iştirak edərək şəhidlik zirvəsinə ucalan minlərlə şəhidimizin adının əbədiləşdirilməsi hər kəsin maraq mövqeyindədir. Çünki, onlar canlı tarix yazdılar. Sosial şəbəkələrdə bununla bağlı fikirlər, təkliflər günü-gündən çoxalır. Şəhidlərin adlarının aid olduqları rayonlarında küçərlərə verilməsi müzakirə mövzusudur.
Bununla bağlı Sonxeber.az-a deputat Razi Nurullayev danışıb:
"Həm birinci Qarabağ müharibəsində, həm Aprel döyüşlərində, həm də ikici Qarabağ müharibəsində iştirak edərək, şəhidlik zirvəsinə ucalan Şəhidlərimizin adının əbədiləşdirilməsi çox vacibdir. Bəzən bir rayonda onlarla şəhid var və hamısının adına küçə, prospekt, məktəb, uşaq bağçası vermək mümkün deyil. Bəzən bir küçədə üç şəhid olur. Təbii ki, şəhid valideynlərinin bunu istəmək haqqı da var. Biz də bunu təmin etməyə borcluyuq. Mümkün olan yerlərdə bu edilir.
Hazırda deputat olduğum İmişli şəhərində də bu işlərlə bağlı müəyyən müsbət qərarlar var. Buna baxmayaraq, bir qərarın verilməsi digər ailələrin narazlığına səbəb olur. Yəni bir ailənin şəhid övladının adı küçəyə verilsin, digəri deyil. Belə olanda da narazıçılıq yaranır. Bunun üçün burada elə bir optimal variant tapılmalıdır ki, heç kim narazı qalmasın. Məhz bunu nəzərdə tutaraq Milli Məclisdə sözügedən məsələni qaldırmışam və bir neçə dəfə çıxış etmişəm. Təklif vermişdim ki, Bakıda 30-40 hektarlıq sahədə Zəfər pakı yaradılsın. Orada bütün şəhidlərimizin adı əbədiləşdirilsin. Yəni lövhədə şəhidlərin keçdiyi həyat yolu yazılır. Dünyanın müxtəlif ölkələrindən ölkəmizə gələn gələn insanlar da bu parka gedib, şəhidlərimizi tanıyar, xatirəsini əziz tutur. Bu çox yaxşı hal olardı.
Bununla bağlı ölkə prezidenti İlham Əliyevin sərəncamı oldu. Mən buna görə təşəkkürümü bildirirəm. Zəfər muzeyinin və abidə kompleksinin yaradılması ilə bağlı hələki açıqlama yoxdur".