Həkimdən koronavirusla bağlı ŞOK XƏBƏRDARLIQ: Xərçəng riski arta bilər
- 11-01-2021, 11:25
- Cəmiyyət
COVID şübhəsi olan xəstəni hətta yaxma testi etdirmədən diaqnostika məqsədilə KT-yə (Kompüter tomoqrafiyası) göndərilməsi cinayətdir. Birincisi o, izolyasiyadan çıxır, camaatı yoluxdura-yoluxdura gedir. İkincisi, KT COVID-in ilkin diaqnostikasında əhəmiyyətsizdir. Test müsbətdirsə, qızdırma varsa bilirik ki, ağciyərdə buzlu şüşə mənzərəsi olacaq. Faizin əhəmiyyəti yoxdur, hər an o rəqəm dəyişə bilər, müalicədə həkimin taktikası da o faizə görə dəyişilmir. Üçüncüsü, o xəstədə gələcəkdə radiasiyaya bağlı xərçəng olma riskini artırırsız.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bu sözləri həkim anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. KT-nın zərərlərindən söz açan həkim bildirib ki, KT yalnız ağciyər arteriyası tromboemboliyası şübhəsi varsa, stasionarda yatan COVID xəstəsinə differensial diaqnostika üçün etdirilə bilər:
“Əgər başqa müayinələrlə diaqnoz qoymağa çatinlik çəkirsinizsə, həmin xəstəni klinikanın radiologiya şöbəsinə təhlükəsiz transport etdirmək mümkündür”.
Şahin Məmmədov stressin sözügedən xəstəliyin müalicəsində ciddi fəsadlar törədə biləcəyini də qeyd edib:
“Həkimin və tibb işçilərinin inamlı davranmağından çox şey asılıdır. COVID xəstələri həyəcan və stress çox keçirir. Nəticədə dağıdıcı stress hormonu olan kortizolun qanda səviyyəsi yüksəlir. Əgər xəstə psixoloji sakitləşməsə etdiyiniz ən müasir müalicələr heçə gedəcək. Unutmayın ki, bəzən həkimin bir inamlı sözü müalicənin 80%-ini təşkil edir”.