Azərbaycan və Ermənistan XİN rəhbərləri nə zaman görüşəcək? - AÇIQLANDI
- 7-12-2020, 16:53
- Siyasət
ATƏT-in Minsk Qrupu həmsədrləri yaxın gələcəkdə Dağlıq Qarabağa səfər edəcək.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, Ermənistan xarici işlər naziri Ara Ayvazyan bunu Rusiyalı həmkarı Sergey Lavrovla Moskvada keçirdiyi birgə brifinqdə bəyan edib.
O bildirib ki, bu səfər gələcək məsləhətləşmələrin təməlini qoymalıdır: “Qarabağla bağlı hərtərəfli danışıqlar münaqişə zonasında vəziyyət sabitləşdikdən sonra başlayacaq. ATƏT-in Minsk Qrupu həmsədrlərinin yaxın gələcəkdə bölgəyə səfərini, habelə vasitəçilər və xarici işlər nazirləri (Ermənistan və Azərbaycan - red.) arasındakı məsləhətləşmələrin başlanmasını səbirsizliklə gözləyirik. Gələcəkdə yeni danışıqlar prosesinin başlaması üçün zəmin hazırlamaq mümkün olacaq”.