Şuşa və Kəlbəcərdə seysmoloji stansiyalar quraşdırılacaq
- 28-12-2020, 13:25
- Cəmiyyət
Hazırda respublika ərazisində 62 seysmik stansiya vasitəsi ilə tədqiqatlar aparılır. Gələn il Şuşada da seysmik stansiya quraşdırlacaq. ''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, bu barədə Respiblika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib.
O qeyd edib ki, 2021-ci ildə daha 22 stansiya quraşdırılacaq və bununla stansiyaların sayı 84-ə çatdırılacaq.
RSXM-nin 2021-ci il planına işğaldan azad edilmiş rayonlarımızda seysmik stansiyaların açılması məsələsi də artıq salınıb. 2021-ci ildə Şuşa və Cəbrayılda, 2022-ci ildə Kəlbəcər və Qubadlı rayonlarında seysmik stansiyalar quraşdırılması nəzərdə tutulur. Növbəti illərdə isə Zəngilan, Laçın, Xocavənd, Tərtər (Talış kəndi), Ağdərə və Xankəndində seysmik stansiyaların quraşdırılması nəzərdə tutulur ki, bununla da RSXM tərəfindən respublika ərazisində seysmik müşahidələri tam şəkildə aparmaq mümkün olacaqdır.
Qurban Yetirmişli qeydə alınan zəlzələlərin sayını da açıqlayıb.
O bildirib ki, Azərbaycan və ona bitişik ərazilərdə 6604 zəlzələ qeydə alınıb: “Həmçinin Mərkəzin Monitorinq Mərkəzi tərəfindən 2301 uzaq zəlzələ də qeydə alınıb. Azərbaycan və ona bitişik ərazilərdə bu günə qədər ml>3-dən yuxarı olan 74 zəlzələ müşahidə edilib”.
Azərbaycan və ona bitişik ərazilərdə qeydə alınan zəlzələlərdən 20-nin hiss olunduğunu qeyd edən baş direktor respublika ərazisindəki seysmiklik və bu istiqamətdə aparılan kompleks tədqiqatlar haqqında da məlumat verib.