Главная > Şou biznes > ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib

ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib


13-07-2024, 10:30. Разместил: azadses
ABŞ-ın Nyu-Meksiko ştatında hakim film çəkilişləri zamanı operatoru öldürməkdə ittiham olunan aktyor Alek Bolduinə qarşı işi dayandırıb.

“Report” xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Qeyd olunub ki, Bolduinin vəkilləri prokurorluğun hadisə ilə bağlı ola biləcək bəzi faktları gizlətdiyini əsas gətirərək, işin bağlanmasını istəyiblər. Məhkəmə təkrar araşdırma hüququ olmadan işə xitam verilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, hadisə ötən ilin oktyabrında olub. Aktyor Alek Balduinin iştirakı ilə filmin çəkilişləri zamanı bir nəfər silahlı hadisə nəticəsində həlak olub, daha bir nəfər yaralanıb.

Bildirilir ki, hadisə tapançadan atəş vaxtı baş verib. Belə ki, silah boş patronlar tərəfindən doldurulmalı imiş. Atəş zamanı filmin rejissoru körpücük sümüyündən yaralanıb, 42 yaşlı qadın operator Alina Xatçins isə ağır xəsarət alıb və helikopterlə Albukerk şəhərinin xəstəxanasına çatdırılıb, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Filmin çəkilişləri dayandırılıb.

Santa-Fe dairəsi şerifinin ofisi çəkiliş meydançasında rekvizitin tətbiqi ilə bağlı hadisənin olmasını təsdiqləyib. O, qeyd edib ki, atəşi elə aktyor Alek Bolduinin özü açıb.


Вернуться назад