Главная > Şou biznes > Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"

Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"


24-05-2024, 16:19. Разместил: azadses
42 yaşlı amerikalı məşhur model və aktrisa Peris Hilton övladlarının tərbiyəsi ilə bağlı maraqlı açıqlama verib.

Belə ki, o, uşaqlarına telefon istifadəsini məhdudlaşdıracağını bildirib.

"Bir müddət telefonlarının olmamasına çalışacağam. Bəzi uşaqlara telefonlar çox tez yaşda verilir, internetdə isə çoxlu təhlükəli şeylər var. Uşaqlarımın onlarla qarşılaşmasını istəmirəm. Bunu deyəcəyimi heç düşünməmişdim, amma sərt ana olacağam", - deyə Peris Hilton deyib.

Qeyd edək ki, aktrisa 2021-ci ilin noyabrında iş adamı Karter Reum ilə ailə həyatı qurub.

Mənbə: Page Six


Вернуться назад