Главная > Şou biznes > Məşhur aktyor təhlükəsizlik üçün çəkiliş meydançasından qovulub

Məşhur aktyor təhlükəsizlik üçün çəkiliş meydançasından qovulub


26-08-2022, 10:39. Разместил: admin
Rejissor Olivia Uayld bildirib ki, o, “Transformer”lərin qəhrəmanı kimi tanınan Şaya LaBafı “Don't Worry Darling” (“Narahat olma, əzizim”) filminin çəklişləri zamanı yaradıcı iş tərzinə görə heyətdən uzaqlaşdırıb.

Onun sözlərinə görə, ulduzun yaradıcılıq prosesi müəyyən mənada gərginlik tələb edir.

Rejissor bununla razılaşmadığını, təhlükəsiz və etibarlı mühitə üstünlük verdiyini qeyd edib. O, çəkiliş meydançasında təhlükəsiz atmosfer yaratmaq üçün LaBafı qovmaq qərarına gəldiyini vurğulayıb.

Uayld əlavə edib ki, o, aktyorun yaradıcılığının pərəstişkarıdır, lakin onun iş tərzi ilə razı deyil.
Вернуться назад