Главная > Şou biznes > Məşhur ukraynalı musiqiçi və bəstəkar silaha sarıldığını açıqlayıb

Məşhur ukraynalı musiqiçi və bəstəkar silaha sarıldığını açıqlayıb


4-04-2022, 10:43. Разместил: admin
Məşhur ukraynalı musiqiçi və bəstəkar Maks Barskix Ukrayna Silahlı Qüvvələrinin sıralarında xidmətə başladığını bildirib.

Sənətçi bildirib ki, qarşıda onu iki həftəlik hərbi məşğələlər gözləyir.

“Dostlar, hər kəsə salam. Sabahdan etibarən hərbi məşqlərə başlayıram. Bunu Kim təsəvvür edə bilərdi? Bir ay əvvəl əlimdə sadəcə mikrofon var idi, indi isə... Zaman dəyişir”, - deyə Maks Barskix qeyd edib.

Daha əvvəl isə Maks Barskix bildirib ki, o, mahnılarının Rusiya Federasiyası ərazisində səsləndirilməsini qadağan edir və Rusiya şirkətləri ilə müqavilələri pozur.

Müğənni Rusiyadakı bütün konsertlərini də ləğv edib.
Вернуться назад