Главная > Şou biznes > Braziliyalı məşhur müğənni təyyarə qəzasında öldü

Braziliyalı məşhur müğənni təyyarə qəzasında öldü


6-11-2021, 10:43. Разместил: admin
Braziliyalı müğənni Marilia Mendonça təyyarə qəzasında həlak olub.

“Azadsəs.com” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin Minas Gerais əyalətində baş verib.

Mendonçayla yanaşı, təyyarədə olan prodüser Henrique Ribeiro, müğənninin əmisi və məsləhətçisi Abicieli Silveira Dias Filho, eyni zamanda pilot və pilot köməkçisi də həlak olub.

Braziliya prezidenti Bolsonaro 26 yaşlı Marilia Mendonçanın ölümünə görə ölkənin şokda olduğunu bildirib.

Ulduz futbolçu Neymar isə tvitter hesabında “Bu xəbərə inanmağı rədd edirəm” yazıb.

Kiçik həcmli təyyarənin qəzaya düşməsi səbəbləri araşdırılır.
Вернуться назад