Главная > Şou biznes > Qvinet Peltrou maraqlı etiraf edib

Qvinet Peltrou maraqlı etiraf edib


12-05-2021, 14:00. Разместил: azadses
Tanınmış Hollivud aktrisası Qvinet Peltrou maraqlı etiraf edib.

“Smartless” resursu xəbər verir ki, məşhur öz müsahibəsində karantin müddətində hər gün viski içdiyini bildirib.

“Həftənin yeddi günü içirdim, makaron qaynadıb, çörək yeyirdim. Tamamilə cızığımdan çıxmışdım”, - deyə aktrisa qeyd edib.

Peltrou hər gün azı iki viskili kokteyl hazırladığını, içkiyə limon şirəsi də əlavə etdiyini deyib.

48 yaşlı ulduz içkidən sonra onda siqaretə həvəs yarandığını da vurğulayıb.


Вернуться назад