Главная > Siyasət > Ermənistanda ara qarışdı - İrəvanda silahlı toqquşmalar...
Ermənistanda ara qarışdı - İrəvanda silahlı toqquşmalar...7-12-2020, 12:09. Разместил: azadses |
“Ermənistanda hazırda dərin böhran yaşanır. Xalq və müxalifət Baş nazir Nikol Paşinyana qarşı birləşib, onu istefaya çağırır. N.Paşinyan isə müqavimət göstərməyə davam edir. Lakin müqavimət ayın 8-dən sonra da davam etsə, xalq-hakimiyyət qarşıdurması daha da artacaq”. ''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, bu sözləri politloq İlqar Vəlizadə deyib. O, Ermənistan Prezidenti Armen Sərkisyanın da müxalifəti dəstəklədiyini bildirib: “Ermənistan Prezidenti Armen Sərkisyan da müxalifəti və xalqı açıq şəkildə dəstəkləyir. Əlbəttə, bütün bunlar daxildə yaranan qarşıdurmanın açıq şəkildə göstəricisidir. Paşinyan hələ ki, müqavimət göstərir. Bu müqavimət ayın 8-dən sonra da davam eləsə, xalq-hakimiyyət qarşıdurması daha da artacaq. Hətta silahlı qarşıdurmalara da şahid ola bilərik. Eyni zamanda Armen Sərkisyanın müxalifəti dəstəkləməsi Ermənistanda ikili hakimiyyətin yarandığı anlamına gəlir. Paşinyana sabaha qədər vaxt verilib. Düşünmürəm ki, o, istefa verəcək. Onun istefa verməməsi də Ermənistan daxilində çox ciddi problemlərə yol açacaq”. Вернуться назад |