Главная > Siyasət > Yeni müharibə gözlənilir? - Regionda vəziyyət gərginləşir...
Yeni müharibə gözlənilir? - Regionda vəziyyət gərginləşir...7-12-2020, 09:25. Разместил: azadses |
"Prioritet hər zaman ölkələrin maraqlarıdır. 60-cı illərdə ərəb ölkələri İsrailə qarşı birləşdi. Bununla belə İsraillə bacara bilmədilər. İndi isə vəziyyət fərqlidir, situasiya dəyişib. İsrailin bəyanatlarının arxasında bir mənada ABŞ-ın maraqları dayanır". ''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında siyasi şərhçi Rusif Məmmədsoy bildirib. O deyib ki, ümumiyyətlə dövlətlərin daimi müttəfiqləri olmur: "İsraillə İran regionda partlamağa hazır olan iki bombadır. Onlar münasibətləri heç cür normallaşdıra bilmirlər. İsrail İranın Suriyadakı, sərhədlərinə yaxınlıqda aktivlik göstərməsindən olduqca narahatdır. ABŞ ölkə başçılarının İrana olan münasibəti də bəllidir. Tramp zamanında İran nüvə anlaşmasından çıxdı. İran artıq uran ehtiyatlarını zənginləşdirir. Bu, sirr deyil. Bununla da nüvə silahına sahib olmaq istəyir. Nüvə silahı İran üçün əslində təhlükəsizliyinin qarantıdır. Hətta ehtimallara görə nüvə başlıqları da ola bilər. Ötən günlərdə həmin silahın yaradılmasında iştirak edən alimlərdən birinin sui-qəsd nəticəsində öldürülməsi İrana ciddi mesaj idi. Yəni, İsrail bundan sonra da İranla bu mənada mübarizə aparacaq. Co Baydenin İranla münasibətləri normallaşdıracağı, yenidən nüvə anlaşmasına qayıdacaqları ilə bağlı açıqlamalar səsləndirsə də bu da sual altındadır. Düşünürəm ki, İran hər vəchlə nüvə silahına sahib olmağa çalışacaq. Bütün hallarda İran Baydendən sonra yenidən Tramp kimi bir liderin də hakimiyyətə gəlmə ehtimalını düşünməmiş olmaz". Вернуться назад |