Главная > Siyasət > 24 saylı Nizami birinci Seçki dairəsindən deputatlığa namizəd-Video

24 saylı Nizami birinci Seçki dairəsindən deputatlığa namizəd-Video


21-01-2020, 17:19. Разместил: azadses
Rafiq Xudayev 20 fevral 1978-ci ildə Borcalı mahalında anadan olub. Ailəlidir 3 evladı var. 
1994-1998-ci illərdə Azərbaycan Dövlət İqtisad Üniversitetinin Maliyyə-Kredit Fakültəsini bitirərək Ümumi İqtisadiyyat ixtisası üzrə bakalavr təhsili alıb.
2015-2017-ci illərdə Ukraniyanın Kiyev şəhərində Personalın İdarə olunması üzrə Beynəlxalq Akademiyanın Maliyyə Fakültəsində Beynəlxalq İqtisadiyyat və Maliyyə ixtisası üzrə magistr təsili alıb.
1998-1999-cu illərdə həqiqi hərbi xidmətdə olub.
2000-ci ildən bu günə  kimi Ədliyyə Nazirliyinin müxtəlif qurumlarında baş mühasib və Maliyyə şöbəsinin rəisi vəzifələrində çalışıb, Ədliyyə polkovnik-leytenantı rütbəsindədir.
2005-ci ildə Qlobal Fondun Azərbaycanda həyata keçirdiyi Beynəlxalq layihələrində, maliyyə və satınalma üzrə mütəxəssis və işçi qrupunun üzvü kimi fəaliyyət göstərib.
2010-2015- ci illərdə İsveçrənin Cenevrə, İtaliyanın Turin və Ukranyanın Kiyev şəhərlərində  Beynəlxalq Təlim Mərkəzlərində “Maliyyə hesabatlarının Beynəlxalq Standartları və Beynəlxalq satınalma metodları” mövzularında təlimlərdə iştirak edərək Beynəlxalq Sertifikatlarla təltif edilib.
Azərbaycan Respublikasının Əməkdar Məşqcisi və Azərbaycan Respublikasının Əməkdar İdman ustasıdır. Kung-fu idman növü üzrə 3 qat Dünya Cempionudur.
“Sarvan” Kik-boksinq və Kung-fu Klublarının prezidentidir.
20 il ərzində idmanın Kik-boksinq, Kunq-fu, və boks növləri üzrə, Respublika, Avropa və Dünya Cempionları yetişdiriib.
Yüzlərlə gəncin sağlam mühitdə yetişərək vətənə, xalqa xidmət etmələri üçün əlindən gələni etmişdir.
24 saylı Nizami birinci Seçki dairəsindən deputatlığa namizəd.
Вернуться назад