Главная > Siyasət / Cəmiyyət > "Türkiyə Ordusu Qarabağa mütləq gələcək və..." - MİLLƏT VƏKİLİ

"Türkiyə Ordusu Qarabağa mütləq gələcək və..." - MİLLƏT VƏKİLİ


5-12-2020, 13:39. Разместил: azadses
"Türkiyə sülhməramlıları Azərbaycanda mütləq olmalıdır. Bu məsələ müzakirə mövzusu belə ola bilməz. Çünki bunun alternativi yoxdur".

''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, bu sözləri millət vəkili Aydın Mirzəzadə Türkiyə hərbiçilərinin işğaldan azad olunan ərazilərə gəlməsi ilə bağlı danışarkən deyib. O bildirib ki, Türkiyə nəninki regionun, dünyanın nüfuzlu güc mərkəzlərindən biridir və tarix sübut edir ki, regionda Türkiyənin iştirakı olmadan heç bir məsələ həll edilə bilinmir:

“Türkiyə daima ölkəmizin ərazi bütövlüyünü dəstəkləyib və daima Azərbaycanın yanında olub. "Bir millət, iki dövlət " şüarı özünü Dağlıq Qarabağ probleminin bütün gedişatında real şəkildə sübut edə bilib.

Qardaş öllkə hər zaman Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasını tələb edib və bütün beynəlxalq münasibətlərində bu problemin ciddi müzkirəsinə çalışıb.

Dünynın həll edə bilmədiyi məsələlər Türkiyənin siyasi dəstəyi ilə həll edilib. Vətən müharibəsi günlərində dost, qardaş Türkiyənin Azərbaycana siyasi və diplomatik dəstəyi zəfər çalmağımızda böyük rol oynayıb.

Türkiyə sülhməramlılarının regionda olması Azərbaycan, Ermənistan və Rusiya arasında 10 noyabr tarixində imzalanmış sazişin yerinə yetirilməsinə vacib şətrdir. Türkiyəsiz regionda stabillik və sülh ola bilməz”.

Millət vəkili Türkiyə qoşunlarının regionda olmasının KTMT ilə yanaşı NATO blokunun da problemin həllinə bir zəmanət olduğunu bildirib:

“Türkiyənin iştirakı iki böyük dövlətin regionda sülhün yaradılmasına çalışmasına ciddi zəmanətdir. Bu birlik sonradan dünyanın digər bölglərində də problemlərin həllinə nümunə ola bilər.

Türk əsgəri olduğu torpağa həmişə sülh gətirib və Dağlıq Qarabağ məsələsində də bu belə olacaq".


Вернуться назад