Главная > Siyasət > Paşinyandan əsirlərin mübadiləsi ilə bağlı AÇIQLAMA

Paşinyandan əsirlərin mübadiləsi ilə bağlı AÇIQLAMA


5-12-2020, 11:55. Разместил: azadses
Ermənistanın Baş naziri Nikol Paşinyan Bakı və İrəvanın Dağlıq Qarabağ münaqişəsi zonasında əsir mübadiləsi zamanı “hamının hamıya” prinsipi ilə bağlı razılığa gəldiyini elan edib.
''Azad Səs'' Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “RİA Novosti” xəbər yayıb.
“Ən mühüm vəzifə əsirlərin geri qaytarılmasıdır. Demək istəyirəm ki, burada müəyyən irəliləyiş var. Əsasən, “hamının hamıya” mübadilə prinsipi razılaşdırılıb”, - deyə Paşinyan həmyerlilərinə televiziya ilə müraciətində bildirib.
Onun sözlərinə görə, söhbət həm Qarabağda münaqişənin son gərginləşməsi zamanı, həm də ondan əvvəl əsir düşənlərdən gedir. Paşinyan əlavə olaraq, əsirlərin geri qaytarılması mexanizmlərin hazırlanmasının zəruriliyini də vurğulayıb.
Ermənistan baş naziri digər vacib problemin itkin düşənlərin axtarışı olduğunu bildirib. O, noyabrın 9-dan bəri 600-dən çox ölü hərbçinin cəsədinin münaqişə zonasından çıxarıldığını, 500 meyitin şəxsiyyətini müəyyənləşdirmə mərhələsində olduğunu söyləyib.
“Yüksək bir ehtimalla, bunların itkin düşmüş həmyerlilərimizin meyitləri olduğunu söyləyə bilərik... Şəxsiyyətin müəyyən edilməsi DNT testləri istifadə edilərək həyata keçirilir. Bu günə qədər ölənlərdən 135-nin şəxsiyyəti müəyyənləşdirilərək qohumlarına təhvil verilib”, - deyə o bildirib.


Вернуться назад