Главная > Siyasət > Zakir Həsənov Gürcüstana getdi

Zakir Həsənov Gürcüstana getdi


21-01-2020, 11:27. Разместил: azadses
Nazir regional təhlükəsizlik məsələlərini müzakirə edəcək
Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 21-də Tbilisi şəhərinə rəsmi səfərə yola düşüb.
Səfər Gürcüstan Müdafiə naziri İrakli Qaribaşvilinin dəvəti ilə həyata keçirilir.  
Səfər çərçivəsində Müdafiə naziri qonşu ölkənin hərbi və siyasi rəhbərliyi ilə keçiriləcək görüşlərdə ikitərəfli əməkdaşlığın perspektiv istiqamətləri, beynəlxalq və regional təhlükəsizlik məsələlərini müzakirə edəcək.




Вернуться назад